Lazzoni mebel

Sürücü (Nəqliyyat vasitəsi üzrə)

Lazzoni mebel
800 - 1000 ₼
1415
Tam iş günü
Bakı, Azərbaycan
06/03/2026 - 20/03/2026

İş haqqında məlumat

  • Şirkətin məhsullarını müştərilərə düzgün, vaxtında və təhlükəsiz şəkildə çatdırmaq
  • Təhlükəsiz idarəetmə qaydalarına riayət edərək məhsulları müştərilərə təhvil vermək
  • Müştərilərə çatdırılacaq mebellərin usta ilə birlikdə maşına yüklənməsi və müştərinin evində boşaldılmasına kömək etmək
  • Quraşdırma prosesində ustaya kömək etmək
  • Məhsul yığımı və montajı zamanı keyfiyyət standartlarına əməl etmək
  • Nəqliyyat vasitəsini təmiz və səliqəli saxlamaq, hər hansı nasazlıq aşkar etdikdə rəhbərliyə məlumat vermək və təmir olunduqdan sonra istifadə etmək
  • Anbar müdürünün əmr və tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək

İş şəraiti

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə
  • 6 günlük iş qrafiki (09:00 – 18:00)
  • Əmək haqqı: 800 – 1000 AZN + əlavə bonus sistemi
  • Şirkətdaxili təlim və inkişaf proqramları
  • Dinamik və dost mühitdə işləmək imkanı

Tələblər

  • Cinsi: Kişi
  • Yaş həddi: 25 – 40
  • B və C kateqoriyalı sürücülük vəsiqəsi
  • Nəqliyyat vasitəsi üzrə minimum 2 il iş təcrübəsi
  • Yüksək sürücülük bacarığı və yol hərəkəti qaydalarını yaxşı bilmək
  • Vaxtın düzgün idarə olunması və detallara diqqət
  • Komanda ilə işləmə bacarığı
  • Müştəri məmnuniyyəti və yüksək xidmət anlayışı
  • Bakı şəhərinin ərazilərini yaxşı tanımaq
  • Siqaret çəkməyənlərə üstünlük verilir
  • Geyim və şəxsi səliqəyə diqqət etmək

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.