ŞŞ

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Ə/h razılaşma ilə
569
Tam iş günü
Şuşa, Azərbaycan
03/04/2026 - 17/04/2026

İş haqqında məlumat

  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi;  
  • Yol-inşaat materialların, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək; 
  • Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək,obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi;  
  • Layihə sənədlərinə,tikinti norma və qaydalarına,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;  
  • Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi;  
  • Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı;  
  • Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi;  
  • Qiymətləndirmə üçün hesabatların aparılması; 

İş yeri: Şuşa şəhəri


 

Tələblər

  • Mühəndislik sahəsi üzrə ali təhsil;  
  • Texniki şöbədə minimum 3 il iş təcrübəsi; 
  • İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, Primavera);  
  • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;  
  • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli; 
  • Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq; 
  • Yaxşı ünsiyyət qura bilmək bacarığı, analitik qabiliyyət; 
  • Müstəqil iş bacarığı,işində məsuliyyətlilik.  

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.