hrin.az
Reklam
Bahar Enerji Əməliyyat Şirkəti

Takelajçı

Bahar Enerji Əməliyyat Şirkəti

Əmək haqqı: Razılaşma

178602 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsKişi
Yaş18-65
Kompüter bilikləriYoxdur
TəhsilÜmumi-orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vəzifə haqqında: 

  • BEOC Qum adasında təmir-bərpa işləri zamanı yükqaldırma əməliyyatlarının təhlükəsiz və səmərəli həyata keçirilməsi, yüklərin düzgün hazırlanması, yoxlanılması və bərkidilməsi, həmçinin kran operatorlarının müvafiq siqnallarla yönləndirilməsi məqsədilə Takelajçı vakansiyası üzrə müsabiqəni açıq elan edir. Bu vəzifə yükqaldırma və takelaj əməliyyatlarının təsdiq edilmiş planlara, şirkət prosedurlarına və müvafiq sənaye standartlarına uyğun həyata keçirilməsini əhatə edir.

Əsas vəzifə öhdəlikləri: 

  • Müxtəlif növ yükqaldırma əməliyyatlarını təyinatına uyğun və təhlükəsiz şəkildə həyata keçirmək.
  • Təhlükəsiz iş zonasını rəhbərlə razılaşdırmaq, ərazinin əməliyyatlar üçün uyğunluğunu təmin etmək.
  • Qum adasında təmir-bərpa işləri zamanı yükqaldırma əməliyyatlarını həyata keçirmək.
  • Müvafiq takelaj avadanlıqlarından istifadə etməklə yük ilə qaldırıcı avadanlıq arasında düzgün əlaqə yaratmaq və yükləri təhlükəsiz şəkildə bərkitmək.
  • Yükqaldırma əməliyyatlarından əvvəl yükün çəkisini, ağırlıq mərkəzini, balansını və dayanıqlığını qiymətləndirmək.
  • Təsdiq edilmiş yükqaldırma planlarına və yükqaldırma qabiliyyəti cədvəllərinə uyğun işləmək, əməliyyatlarla bağlı riskləri qiymətləndirmək.
  • Yükqaldırma zamanı kran operatorlarını təsdiq edilmiş əl və radio siqnalları vasitəsilə yönləndirmək.
  • Takelaj avadanlıqlarını və yükqaldırma aksesuarlarını düzgün seçmək, yoxlamaq və təhlükəsiz istifadə etmək.
  • Rəhbər, kran operatorları və digər komanda üzvləri ilə koordinasiyalı işləmək, aşkar edilmiş çatışmazlıqlar və təhlükəli hallar barədə məlumat vermək.
  • İşə başlamazdan əvvəl, iş zamanı və iş başa çatdıqdan sonra əməyin təhlükəsizliyi qaydalarına riayət etmək, insanların və iş mühitinin təhlükəsizliyini qorumaq.

Tələblər və kvalifikasiyalar: 

  • Təhsil: Orta təhsil və ya ona ekvivalent təhsil arzuolunandır.
  • Sertifikatlar: Etibarlı takelajçı sertifikatı və ya təsdiq edilmiş yükqaldırma və takelaj təlimi tələb olunur. Siqnalçı və yük bağlayıcı üzrə əlavə sertifikatların olması üstünlükdür.
  • İş təcrübəsi: Tikinti, neft-qaz, dəniz, sənaye və ya ağır avadanlıq sahələrində minimum 2–3 il iş təcrübəsi tələb olunur. Mobil kranlar, tırtıllı kranlar, körpülü kranlar və xüsusi yükqaldırma avadanlıqları ilə iş təcrübəsi üstünlükdür.
  • Texniki bilik və bacarıqlar: Yükqaldırma və takelaj prinsiplərini, təhlükəsiz yükqaldırma qaydalarını, yükqaldırma planlarını və yükqaldırma qabiliyyəti cədvəllərini oxumağı, takelaj avadanlıqlarından və yükqaldırma aksesuarlarından istifadəni, yükün çəkisini və ağırlıq mərkəzini müəyyən etməyi, riskləri qiymətləndirməyi, əl və radio siqnalları ilə ünsiyyət qurmağı bacarmaq.
  • Davranış səriştələri: Təhlükəsizlik və risk intizamı, davamlı öyrənmə və təkmilləşdirmə, əməkdaşlıq və komanda işi, məsuliyyət, dürüstlük və hesabatlılıq, insanlara və iş mühitinə qayğı.
Reklam