
İş haqqında
Vəzifə öhdəlikləri
Taxoqraf kartlarının verilməsi prosesinin təşkilində və həyata keçirilməsində fəal iştirak etmək;
Sürücülər, daşıyıcılar, emalatxanalar və nəzarəti həyata keçirən qurumun əməkdaşları tərəfindən daxil olan müraciətləri qəbul etmək, müvafiq qaydada araşdırmaq və yoxlamaq;
Taxoqraf kartlarının uçotuna dair vahid avtomatlaşdırılmış sistemdə (TACHONET) ərizəçinin adına əvvəllər kartın rəsmiləşdirilib-rəsmiləşdirilmədiyini yoxlamaq;
İstehsalçının elektron portalı (PWPW BUF) vasitəsilə taxoqraf kartlarının verilməsi üçün onlayn sifarişlər yerləşdirmək;
Ölkəyə idxal olunan taxoqraf kartlarının gömrük rəsmiləşdirilməsi prosesini həyata keçirmək və kartların KOBİA-ya təhvil verilməsini təmin etmək;
Agentliyə ünvanlanan və ya aidiyyəti üzrə daxil olan müraciət və sorğulara “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə baxmaq;
Daxil olan müraciətlər əsasında araşdırmalar aparmaq və əsaslandırılmış rəsmi cavablar hazırlamaq;
Taxoqraf kartlarının sifarişi, uçotu və verilməsi ilə bağlı sənədləşmə işlərini aparmaq;
Müvafiq məlumatların elektron sistemlərdə düzgün qeydiyyatını və yenilənməsini təmin etmək;
Fəaliyyət istiqaməti üzrə qanunvericiliyin və normativ tələblərin tətbiqini təmin etmək.
Namizədə tələblər
Təhsil: Ali təhsil. Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, logistika və ya müvafiq sahələr üzrə təhsili olan namizədlərə üstünlük verilir;
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Nəqliyyatın idarə olunması, beynəlxalq yük və sərnişin daşımaları, logistika, taxoqraf və icazə sistemlərinin tənzimlənməsi, gömrük rəsmiləşdirilməsi sahələrində təcrübəsi olan namizədlərə üstünlük verilir;
“Nəqliyyat haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında”, “Lisenziyalar və İcazələr haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunvericilik aktları üzrə biliklər;
Beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydaları üzrə biliklər;
Microsoft Office proqramlarından (Word, Excel) yüksək səviyyədə istifadə bacarığı;
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
Rəsmi yazışma üslubu və kargüzarlıq qaydaları üzrə biliklər;
Məsuliyyətlilik, operativlik, diqqətlilik və detallara həssas yanaşma;
Komandada işləmək və iş prosesini koordinasiya etmək bacarığı.
Dil bilikləri
Azərbaycan dili – sərbəst;
İngilis dili – yüksək səviyyədə;
Rus dili – orta səviyyədə.

