Quba Palace Hotel

Təchizat şöbəsinin müdiri

Quba Palace Hotel
Ə/h razılaşma ilə
2098
Tam iş günü
Quba, Azərbaycan
11.09.2025 11:47 - 11.10.2025 12:00

İş haqqında məlumat

  • Şöbənin işini təşkil etmək;
  • Şirkətin bütün struktur bölmələri ilə sıx əməkdaşlıq şəraitində işləyərək həmin bölmələrin zəruri mal və materiallarla təmin edilməsinə nəzarət etmək; 
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasını hazırlanmaq;
  • Satınalmalar üzrə proses və strategiyaların hazırlanması üçün təkliflər vermək;
  • Təchizat üzrə müqavilələrin bağlanması üzrə keyfiyyət, qiymət, xidmət amillərini nəzərə alaraq risklərin azaldılması üçün ən optimal şərtlərin əldə olunması üçün  danışıqlar aparmaq;
  • Tender sorğularının hazırlanması və qiymətləndirilməsi, tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinə nəzarət etmək;
  • Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların seçimi və qiymətləndirilməsi prosedurların işlək vəziyyətdə olmasını təmin etmək;
  • Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılmasını təmin etmək;
  • Kotirovka sorğularını hazırlamaq, təhlil etmək, müqayissəli cədvəllər hazırlayaraq Satınalma Komissiyasına təqdim etmək;
  • Satınalma Komissiyasının iclaslarını təşkil etmək;
  • Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
  • Açılmış sifariş formalarının analizini aparmaq;
  • Təchizat sifarişlərinin idarə olunmasına (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması) nəzarət etmək;
  • Satınalma ilə bağlı rəhbərliyin tələb etdiyi digər vəzifələri yerinə yetirmək.

İş şəraiti:

  • Nəqliyyat və yataqxana ilə təmin olunma;
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
  • Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Vakansiyaya uyğun olan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Təchizat sahəsində minimum 2 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi;
  • Otel sahəsində təcrübəsi olanlara üztünlük veriləcək.

Dil bilikləri:

  • Azərbaycan dili (əla səviyyədə);
  • İngilis dili (yaxşı səviyyədə);
  • Rus dili (yaxşı səviyyədə).