Qala Group

Təchizat şöbəsinin rəhbəri

Qala Group
Ə/h razılaşma ilə
403
Tam iş günü
Bakı, Azərbaycan
19/06/2026 - 03/07/2026

İş haqqında məlumat

  • Təchizat şöbəsinin fəaliyyətinin təşkili və idarə olunması;
  • Satınalma proseslərinin planlaşdırılması və nəzarəti;
  • Yeni təchizatçıların araşdırılması və mövcud təchizatçılarla əməkdaşlığın inkişaf etdirilməsi;
  • Satınalma qiymətlərinin optimallaşdırılması və xərclərin azaldılması;
  • Anbar qalıqlarının və mal ehtiyatlarının idarə olunması;
  • Logistika, anbar və kommersiya şöbələri ilə koordinasiyanın təmin edilməsi;
  • Hesabatların hazırlanması və fəaliyyət göstəricilərinin təhlili.

İş şəraiti:

  • İş rejimi: 6 günlük iş qrafiki 
  • Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq 
  • Ünvan: Bayıl ərazisində yerləşir. 

Tələblər

  • Təchizat və ya satınalma sahəsində minimum 5 il iş təcrübəsi;
  • İdarəetmə təcrübəsi;
  • Danışıqlar aparmaq və müqavilələrin bağlanması bacarığı;
  • Analitik düşüncə və sistemli iş yanaşması;
  • Excel və ERP proqramlarında işləmə bacarığı;
  • Tikinti materialları sahəsində təcrübə üstünlük hesab olunur.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun