Gravity LTD

Təchizat üzrə aparıcı mütəxəssis

Gravity LTD
Ə/h razılaşma ilə
5365
Tam iş günü
Bakı, Azərbaycan
14/01/2026 - 28/01/2026

İş haqqında məlumat

  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə təmin edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
  • Hesabatların hazırlanması və analiz olunması.

İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00)

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması arzu olunandır);
  • Təchizat üzrə 5 il iş təcrübəsi ;
  • İstehsalat sahələri üzrə satınalmalarda təcrübəyə üstünlük verilir;
  • MS Office, Outlook ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir;
  • Məsuliyyətlilik və kollektivdə işləmə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.