Bakı,
Azərbaycan
07.10.2025 10:41
-
07.11.2025 12:00
İş haqqında məlumat
- Təchizat planını hazırlamaq və icrasını təmin etmək;
- Şirkətdaxili bölmələrlə əməkdaşlıq edərək tələbat və proqnoz məlumatlarını toplamaq;
- Tender sənədlərini hazırlamaq, texniki sənədləri toplamaq və iştirakçı siyahılarını tərtib etmək;
- Qiymətləndirmə strategiyalarını hazırlamaq və təsdiqləmək;
- Tender, qiymətləndirmə və danışıqlar proseslərini idarə edərək müqavilələrin bağlanmasını təmin etmək;
- Təchizat müqavilələrinin şərtlərini, zəmanət və sığorta məsələlərini nəzərdən keçirmək;
- Müqavilə sonrası fəaliyyətlərin icrası, dəyişikliklərin idarə edilməsi və mübahisələrin həllində iştirak etmək;
- Maliyyə departamenti ilə əməkdaşlıq edərək ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
- Təchizat proseslərinin keyfiyyətinin qorunması və optimallaşdırılması istiqamətində tədbirlər görmək.
Müraciət üçün:
Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Təchizat üzrə Baş Mütəxəssis” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, İdarəetmə və oxşar sahələrdə);
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3-5 il;
- Sertifikat üstünlükdür: CIPS / Chartered Institute of Procurement and Supply;
- Dillər: Azərbaycan, İngilis və Rus dilləri (üstünlükdür);
- Proqram bilikləri: MS Office (Word, Excel, PowerPoint);
- Kompleks P2P (Procure-to-Pay) proseslərində bilik və təcrübə;
- Nəticə yönümlülük və vaxtın idarə olunması;
- Detallara diqqət, məsuliyyət və dəqiqlik.