Təchizat üzrə kiçik mütəxəssis / mütəxəssis
Abşeron Logistika Mərkəzi
Ə/h razılaşma ilə
1358
Tam iş günü
Bakı,
Azərbaycan
24/02/2026
-
10/03/2026
İş haqqında məlumat
- Sifarişlərə əsasən təchizatçılardan təhvil alınan malların Daxili anbara yönləndirilməsi;
- Struktur rəhbəri tərəfindən daxil olan satınalma tələblərinin qəbul edilməsi və ilkin yoxlanılması;
- Təsdiq edilmiş satınalma proseduruna uyğun olaraq bazar araşdırmasının aparılması;
- Təchizatçılardan kommersiya təkliflərinin toplanması və müqayisəli təhlilinin hazırlanması;
- Alternativ təchizatçı bazasının formalaşdırılması və yenilənməsi;
- Təchizatçılarla ilkin danışıqların aparılması;
- Müqavilə layihələrinin hazırlanması və aidiyyəti strukturlarla razılaşdırılması;
- Sifarişlərin mövcud ERP sistemi üzərindən rəsmiləşdirilməsi;
- Çatdırılma prosesinə nəzarət və gecikmələrin operativ həlli;
- Qəbul-təhvil sənədlərinin yoxlanılması və maliyyə sənədlərinin düzgünlüyünün təmin edilməsi;
- Satınalma prosesləri üzrə hesabatların hazırlanması.
Tələblər
- Ali təhsil;
- IT və Marketinq yönümlü sifarişlərin təminində minimum 1 ilədək iş təcrübəsi;
- Dil bilikləri: Mükəmməl səviyydə Azərbaycan dili, rus dili biliyi üstünlükdür;
- Komputer bilikləri: MS Office, Outlook, 1C proqramlarını mükəmməl bilməli;
Peşəkarlıq tələbləri:
- Dəqiq və diqqətli,
- Ciddi və məsuliyyətli,
- Təhlil qabiliyyəti,
- Problem həll etmə bacarığı,
- Verilən tapşırıqları zamanında təhvil vermə,
- Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.