Bakı,
Azərbaycan
25/09/2026
-
25/10/2026
İş haqqında məlumat
- Mövcud və potensial təchizatçıların araşdırılması, qiymət və kommersiya təkliflərinin toplanılması və müqayisəli təhlilinin aparılması;
- Təchizatçı şirkətlərlə gündəlik işgüzar əlaqələrin qurulması və effektiv əməkdaşlığın təmin edilməsi;
- Məhsulların sifarişə uyğunluğunun, miqdarının, çeşidinin və keyfiyyət göstəricilərinin yoxlanılması prosesinin koordinasiya edilməsi;
- Sifariş olunmuş malların miqdar, qiymət və keyfiyyət göstəricilərinin elektron qaimə və sənədlərə uyğunluğunun yoxlanılması;
- Aşkarlanmış uyğunsuzluqlar barədə aidiyyəti şəxslərin məlumatlandırılması və məsələlərin həllinin izlənilməsi;
- Təchizatçı şirkətlərlə müqavilələrin hazırlanması və müqavilə şərtlərinin razılaşdırılması prosesində iştirak edilməsi;
- Təchizatçı müqavilələrinin hazırlanması, şərtlərin razılaşdırılması və icrasına nəzarət edilməsi;
- Maliyyə şöbəsi ilə koordinasiyalı şəkildə ödənişlərin, üzləşmələrin və aylıq hesabatların aparılması;
- Sifarişlər, alışlar, qiymətlər, çatdırılmalar və təchizatçılar üzrə məlumatların sistemli şəkildə qeydiyyatının və arxivləşdirilməsinin təmin edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların
vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Tələblər
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil;
- Microsoft Office, xüsusilə Excel, Word və Outlook proqramlarında sərbəst işləmək bacarığı;
- Güclü ünsiyyət və analitik düşünmə bacarığı;
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Məsuliyyətli, diqqətli, dəqiq və punktual yanaşma;
- Təchizat proseslərini sistemli şəkildə idarə etmək bacarığı.
İş qrafiki və şirkət tərəfindən təminatlar
- İş qrafiki: 5 iş günü;
- Şənbə və bazar günləri istirahət;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş üçün mobil nömrə təqdim edilir.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu bölməsində “Təchizat üzrə koordinator ” qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər: