Bakı,
Azərbaycan
14.08.2025 10:51
-
14.09.2025 12:00
İş haqqında məlumat
- Tələblər əsasında potensial mal təchizatçılarının daxili və xarici bazarlarda araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması, müntəzəm olaraq yenilənməsi;
- Tələblər əsasında müfaviq analizlər etmək və spesifikasiyalara uyğun doğru-düzgün təchizatçı şirkətlərdən təkliflərin alınması;
- Sifarişləri yerləşdirmək, çatdırılma müddətlərini və şərtlərini razılaşdırmaq üçün təchizatçılarla danışıqların aparılması;
- Müqavilələrin həyata keçirilməsinə dəstək verilməsi və nəzarətdə saxlanılması, izlənilməsi, müqavilə şərtlərinin müəyyən olunmasına köməklik göstərilməsi;
- Görülən işlərin hesabatının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması;
- Alış tələbnamələrinin vaxtlı-vaxtında, qənaətlərinin və düzgün qaydada icra edilməsi;
- Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00 – 18:00;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Təchizat mütəxəssisi” yazaraq göndərə bilərlər.
Tələblər
- Təchizat prinsiplərininə bələd olmaq;
- Şifahi və yazılı nitq (natiqlik) qabiliyyəti;
- Nəticə yönümlü işləmək və komanda işinə uyğun olmağı bacarmalıdır;
- İşçi heyyəti və rəhbərlik ilə ünsiyyət qurma bacarığı olmalıdır;
- Hər zaman diqqətli olmağı və zamanında tədbir almağı bacarmalıdır;
- Dürüst və vicdanlı olmalı;
- Bir neçə tapşırığın öhdəsindən gəlmək və verilənləri qiymətləndirmək və təhlil etmək bacarığı;
- Vaxtın mükəmməl idarə edilməsi və təşkilatçılıq bacarıqları.