Bakı,
Azərbaycan
04.09.2025 04:17
-
04.10.2025 12:00
İş haqqında məlumat
- Yerli və Xarici bazarın araşdırılması, təchizatçı bazasının müntəzəm olaraq yenilənməsi;
- Təchizatçılardan mütəmadi olaraq yenilənmiş qiymət cədvəllərinin alınması;
- Təchizatçılardan sorğulara uyğun qiymət təkliflərinin alınması;
- Təchizatçılardan gələn təkliflərin müqayisəli təhlilini apararaq, rəhbərliyə təqdim edilməsi;
- Təsdiqlənmiş məhsulların və xidmətlərin sifarişi;
- Sifarişlərin statuslarının izlənilməsi, vaxtında çatdırılmasının təşkili və nəzarəti;
- Daşıma və gömrük prosesini nəzarətdə saxlayaraq, invoice və s. kimi sənədləri aidiyyatı şəxslərə göndərmək;
- Gömrük rəsmiləşdirilməsi zamanı məhsullar və sənədlərlə bağlı sualların cavablandırılması;
- Yerli və beynəlxalq satış mütəxəssislərimiz üçün qiymət cədvəlləri hazırlayıb, yeniləmək;
- Qiymətləndirmə və satınalma üzrə bütün sənədləşdirmə işlərinin sistemli şəkildə daxili ERP proqramında düzgün, əhatəli şəkildə qeydiyyatı;
- Ödəniş sənədlərinin verilmiş sifarişə uyğunluğunun təsdiqlənib mühasibatlıq şöbəsinə təqdim edilməsi;
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması;
- Görülmüş işlər və planlar barədə aylıq və illik hesabatların hazırlanması.
İş şəraiti
- İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00 – 18:00, Şənbə günü (xüsusi hallarda, əlavə ödənişli olaraq);
- Əmək haqqı: stabil əmək haqqı + bonus (tələblərə cavab verən namizədin istəyi nəzərə alınır);
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun qeydiyyat;
- Bir aylıq ödənişli sınaq müddəti;
- Məhsul və xidmətlər haqqında təlimlər.
- Əməkhaqqı 1000 - 1500 AZN
Uyğun namizədlərdən CV-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Güclü şifahi və yazılı korporativ danışıqların aparılması, təqdimat bacarıqları;
- Dəqiqlik, innovativ düşünmə, operativlik, detallara fikir vermə qabiliyyəti;
- Məsuliyyətli, nəzakətli, disiplinli, prinsip və dəyərlərə sadiqlik;
- Analitik düşünmə, təhlil etmə, qərar vermə, planlama və problem həll etmə bacarıqları;
- Daim öyrənməyə meyilli, paralel olaraq bir neçə tapşırığı idarə etmək bacarığı;
- Təchizat sahəsində sənəd dövriyyəsinin aparılması bacarığı;
- Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir);
- Sərbəst danışıq və yazışma səviyyəsində Azərbaycan və İngilis dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Güclü kompüter istifadəçisi, sürətli çap;
- MS Office (Word, Excel, Outlook, Power Point, Outlook) bilik və səriştəsi– İşgüzar geyim, səlist nitq və danışıqlar aparma bacarığı;
- Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları;
- İş təcrübəsi – 1-3 il.