AzerFloat

Təchizat üzrə mütəxəssis

AzerFloat
Ə/h razılaşma ilə
1594
Tam iş günü
Bakı, Azərbaycan
15.10.2025 04:28 - 15.11.2025 12:00

İş haqqında məlumat

  • Təchizat proseslərinin effektiv planlaşdırılması və icrası;
  • Zavodun istehsalat ehtiyaclarına uyğun material və avadanlıqların təchizatının təmin edilməsi;
  • Təchizatçılarla danışıqların aparılması, müqavilələrin hazırlanması və bağlanması;
  • Qiymət təkliflərinin toplanması, müqayisəsi və optimal seçimlərin edilməsi;
  • Bazar araşdırması apararaq yeni təchizatçılarla əməkdaşlıqların qurulması;
  • Logistika və çatdırılma proseslərinin izlənilməsi;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

İş şəraiti: 

  • İş qrafiki: 5 günlük;
  • İş saatı:  09:00 – 18:00;
  • Könüllü tibbi sığorta;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Mövzü yerinə “Təchizat üzrə mütəxəssis” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, logistika, mühəndislik və ya digər uyğun sahə üzrə);
  • Təchizat və ya satınalma sahəsində minimum 2 il iş təcrübəsi (istehsalat sahəsində üstünlükdür);
  •  MS Office proqramlarını sərbəst istifadə bacarığı;
  •  ERP sistemləri ilə işləmə bacarığı arzuolunandır;
  •  Analitik düşüncə və danışıqlar aparmaq bacarığı;
  •  Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı;
  •  Azərbaycan dili – əla, Rus və İngilis dili bilikləri – arzuolunandır.


Oxşar vakansiyalar