Aqrar İnnovasiya və Təchizat Şirkəti

Təchizat üzrə mütəxəssis

Aqrar İnnovasiya və Təchizat Şirkəti
1200 - 1500 ₼
1695
Tam iş günü
Bakı, Azərbaycan
08/12/2025 - 15/12/2025

İş haqqında məlumat

  • Satış təmsilçiləri və regional anbardarlardan gələn sifarişlərin qəbul edilməsi, sifarişlərin araşdırılması;
  • Şirkət məhsullarının təchizatı və daşınması ilə bağlı lazım olan bütün əməliyyatların icra edilməsi;
  • Satış nöqtələrinin və regional anbarların stoklarının mütəmadi olaraq izlənilməsi;
  • Sifarişçilərin anbar kəsrinin olub-olmamasının yoxlanılması və buna uyğun müvafiq tədbirlərin görülməsi;
  • Təhvil-təslim aktlarının reyestrinin aparılması və arxivləşdirilməsinin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Malların daşınma və paylanma planlarının hazırlanması və onu daşımanı həyata keçirəcək şirkətə təqdim olunması;
  • Yararsız vəziyyətə düşmüş məhsulların "defect" anbarına göndərilməsi və "defect" anbarının idarə edilməsi;
  • Aylıq hər bir daşınma xərclərinin təhvil alınması, yoxlanılması, işlənilməsi ilə bağlı hesabatların baş direktora təqdim olunması, təsdiq olunduqdan sonra maliyə şöbəsinə göndərilməsi;
  • İş fəaliyyəti ilə bağlı birbaşa direktora hesabatların verilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1200-1500 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30. 

Tələblər

  • Təhsil: Ali;
  • Müvafiq sahə (təchizat zənciri və ya logistika) üzrə minimum 3 il iş təcrübəsi olmalı;
  • Kompüter bilikləri: Excel bilikləri (əla səviyyədə), 1C proqramı üzrə baza biliklər;
  • Azərbaycan dili səlis, Rus dili biliyi üstünlükdür;
  • Analitik düşüncə bacarığına sahib olmalı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.