Bakı,
Azərbaycan
07/01/2026
-
21/01/2026
İş haqqında məlumat
- Əsas və alternativ tədarükçülərin müəyyənləşdirilməsi, mütəmadi vendordakı şirkətlərin qiymətləndirilməsi, bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
- Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq, müqavilə əsasında köçürmə yolu ilə alınmasını təşkil etmək;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması, alışların qeydiyyata alınması) işlərinin təşkili
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Satınalma prossesinin vaxtında, prosedur və prosseslərə uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi
- Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanması, onların düzgün daşınması və çatdırılması işini təşkil etməsi, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandırması;
- Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
Tələblər
- Təhsil: Ali
- İş təcrübəsi: müvafiq sahə üzrə 3 ildən az olmayaraq
- Kompüter bilikləri:1C, MS Windows sistemi, Microsoft Office proqramları
- Dil bilikləri: Azərbaycan dili-mükəmməl,rus dili-əla və ingilis dili-əla
- İdxal əməliyatları ilə bağlı hüquqi-normativ sənədlər haqqında məlumat;
- Komanda ilə işləmək bacarığı;
- Effektiv ünsiyyət,çeviklik,məsuliyyətlililk, intizamlıq.
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.