Fire Safety Caspian Azerbaijan

Təchizat üzrə mütəxəssis

Fire Safety Caspian Azerbaijan
1200 ₼
3333
Tam iş günü
Bakı, Azərbaycan
29/01/2026 - 12/02/2026

İş haqqında məlumat

  • Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Açılmış sifariş formalarının analizi;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin araşdırması və şirkət iştirakının təmin edilməsi;    
  • Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
  • Satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
  • Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • Həftədə 5 iş günü.
  • Əmək haqqı: 1200 manat +bonus

Tələblər

  • Təchizat sahəsində ən az 2 il iş təcrübəsi
  • Yaş: 25-35
  • Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
  • Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı
  • Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
  • Bazarı təhlil etmək bacarığı
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
  • Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
  • E-tender portalında işləmə bacarığı
  • Müvafiq sahə üzrə iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan və İngilis dilləri vacibdir., rus dili arzuolunandır
  • MS Office proqramları
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq və səliqədə tutmaq
  • Yanğından mühafizə sahəsi üzrə biliklər arzuolunandır
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
  • Stressə davamlılıq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar