Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Təchizat üzrə mütəxəssis

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Ə/h razılaşma ilə
929
Tam iş günü
Bakı, Azərbaycan
29/04/2026 - 13/05/2026

İş haqqında məlumat

  • Daxil olan satınalma sifarişləri üzrə təchizatçılardan təklifləri toplamaq, təhlil etmək və müqayisə etmək. Optimal şərtlərə malik təklifləri müəyyən edərək rəhbərliyin təsdiqinə təqdim etmək.
  • Alınmış malların qeydiyyatını aparmaq;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Təsdiq edilən təkliflər əsasında satınalma sifarişlərini (PO) hazır edib, icra etmək.
  • Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək.
  • Təchizat şöbəsinin koordinatoru tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq tərtib edərək təqdim etmək.
  • Kompleksin bütün prosedur və təlimatlarına, həmçinin təchizat etikalarına əməl etmək

Biz təklif edirik:

  • Rəqabətədavamlı əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

İş şəraiti: 

  • Ünvan: Bakı şəhər, Səməd Vurğun küçəsi 151
  • İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)

Tələblər

  • Ali təhsilə (iqtisadiyyat, biznesin idarə olunması, logistika və ya əlaqəli sahələr üzrə) malik olmaq.
  • Satınalma və ya təchizat sahəsində minimum 3 il iş təcrübəsinə malik olmaq.
  • Yerli və xarici təchizatçılarla işləmək, sorğular göndərmək və təklifləri dəyərləndirmək bacarığına malik olmaq.
  • Təkliflərin müqayisə cədvəllərini və dəyərləndirmə hesabatlarını hazırlamaq bacarığına malik olmaq.
  • Satınalma sifarişlərini (PO) hazırlamaq və icrasını təmin etmək üzrə bilik və bacarıqlara sahib olmaq.
  • Məhsulların keyfiyyət standartlarına uyğunluğunu qiymətləndirmək bacarığına malik olmaq.
  • Sifarişlərin icra statusunu izləmək və hesabat tərtib etmə bacarığına malik olmaq.
  • MS Office proqramları  ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq.
  • Azərbaycan dilində səlis, rus və ingilis dilində isə yaxşı səviyyədə biliklərə sahib olmaq.
  • Analitik düşünmə, məsuliyyətlilik və vaxtın düzgün idarə edilməsi bacarıqlarına malik olmaq.
  • Komanda ilə işləmək və işgüzar ünsiyyət bacarıqlarına sahib olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.