Bakı,
Azərbaycan
08/05/2026
-
22/05/2026
İş haqqında məlumat
- Tələb olunan malların və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təchiz olunmasını təmin etmək;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Aylıq sifarişlərin tərtib olunması zamanı PO (Purchase Order – satınalma sifarişi) hazırlanması;
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
- Anbar məlumatları əsasında müəssisənin mallara olan tələbatının müəyyənləşdirilməsində iştirak;
- Ayın əvvəlində növbəti ayların alışlarına dair ətraflı hesabatın hazırlanaraq təqdim edilməsi;
- Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
- Satınalma tələblərinin hazırlanması və razılaşdırılmış şərtlərə uyğun sifarişlərin təsdiqi və verilməsi;
- Satınalma sorğularının hazırlanması və nəzərdən keçirilməsi, alışların vaxtında baş tutması üçün zəruri icazələrin təmin edilməsi;
- Sifarişlərin verilməsi və daşınma prosesinin izlənməsi;
- Satınalma və inventar fəaliyyətlərinin idarə edilməsi, qiymət və mövcudluğun təhlili, mövcud inventardan istifadə və təchizat siyasətlərinə nəzarət.
İş şərtləri:
- İş rejimi: 5 günlük
- İş vaxtı: 09:00-18:00 (və ya 08:00-17:00)
- Nahar və Nəqliyyat şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində)
- Əmək haqqı müsahibə zamanı bildiriləcək
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, “FLY INN Baku” mehmanxanası
Tələblər
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Təchizat, logistika və ya müvafiq sahə üzrə ali təhsil (arzuolunandır);
- 1C proqramını bilmək və otel sahəsində təcrübə üstünlükdür;
- Azərbaycan dilində sərbəst danışıq, İngilis dili və Rus dili biliyi arzuolunandır;
- Microsoft Office proqramları: Outlook, Word və Excel;
- Yüksək məsuliyyət, analitik düşüncə və komandada işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.