IRIX

Təchizat üzrə mütəxəssis

IRIX
Ə/h razılaşma ilə
572
Tam iş günü
Bakı, Azərbaycan
26/05/2026 - 09/06/2026

İş haqqında məlumat

  • Yerli və Xarici bazarın araşdırılması, təchizatçı bazasının müntəzəm olaraq yenilənməsi
  • Təchizatçılardan mütəmadi olaraq yenilənmiş qiymət cədvəllərinin  alınması
  • Təchizatçılardan sorğulara uyğun qiymət təkliflərinin alınması
  • Təchizatçılardan gələn təkliflərin müqayisəli təhlilini apararaq, rəhbərliyə təqdim edilməsi
  • Təsdiqlənmiş məhsulların və xidmətlərin sifarişi
  • Sifarişlərin statuslarının izlənilməsi, vaxtında çatdırılmasının təşkili və nəzarəti
  • Daşıma və gömrük prosesini nəzarətdə saxlayaraq, invoice və s. kimi sənədləri aidiyyatı şəxslərə göndərmək
  • Gömrük rəsmiləşdirilməsi zamanı məhsullar və sənədlərlə bağlı sualların cavablandırılması
  • Yerli və beynəlxalq satış mütəxəssislərimiz üçün qiymət cədvəlləri hazırlayıb, yeniləmək
  • Qiymətləndirmə və satınalma üzrə bütün sənədləşdirmə işlərinin sistemli şəkildə daxili ERP proqramında düzgün, əhatəli şəkildə qeydiyyatı
  • Ödəniş sənədlərinin verilmiş sifarişə uyğunluğunun təsdiqlənib mühasibatlıq şöbəsinə təqdim edilməsi
  • Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
  • Görülmüş işlər və planlar barədə aylıq və illik hesabatların hazırlanması

İş şəraiti

  • İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00 – 18:00, Şənbə günü (xüsusi hallarda, əlavə ödənişli olaraq)
  • Əmək haqqı: stabil əmək haqqı + bonus (tələblərə cavab verən namizədin istəyi nəzərə alınır)
  • Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun qeydiyyat
  • Bir aylıq ödənişli sınaq müddəti
  • Məhsul və xidmətlər haqqında təlimlər

Tələblər

  • Güclü şifahi və yazılı korporativ danışıqların aparılması, təqdimat bacarıqları
  • Dəqiqlik, innovativ düşünmə, operativlik, detallara fikir vermə qabiliyyəti
  • Məsuliyyətli, nəzakətli, disiplinli, prinsip və dəyərlərə sadiqlik
  • Analitik düşünmə, təhlil etmə, qərar vermə, planlama və problem həll etmə bacarıqları
  • Daim öyrənməyə meyilli, paralel olaraq bir neçə tapşırığı idarə etmək bacarığı
  • Təchizat sahəsində sənəd dövriyyəsinin aparılması bacarığı
  • Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir)
  • Sərbəst danışıq və yazışma səviyyəsində Azərbaycan və İngilis dili biliyi, Rus dili biliyi üstünlükdür
  • Güclü kompüter istifadəçisi, sürətli çap
  • MS Office (Word, Excel, Outlook, Power Point, Outlook) bilik və səriştəsi– İşgüzar geyim, səlist nitq və danışıqlar aparma bacarığı
  • Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
  • İş təcrübəsi – 1-3 il

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.