Bakı,
Azərbaycan
11/09/2026
-
25/09/2026
İş haqqında məlumat
Struktur şöbə/bölmə: Təchizat və Logistika Departamenti
Vəzifə öhdəlikləri:
- Şirkətin satınalma prosedurlarına uyğun olaraq mal, iş və xidmətlərin satınalma proseslərini (Tender, RFQ, RFI, RFP və s.) planlaşdırmaq, təşkil etmək idarə etmək;
- Daxil olan satınalma tələbnamələrini (PR) texniki spesifikasiyalar və sənəd tamlığı baxımından yoxlamaq, uyğun satınalma metodunu müəyyən etmək;
- Təchizatçı araşdırmaları aparmaq, yeni təchizatçıları müəyyən etmək, qiymətləndirmək və etibarlı təchizatçı bazasını formalaşdırmaq;
- Təchizatçılardan kommersiya təklifləri almaq, qiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri və digər meyarlar üzrə müqayisəli təhlillər hazırlamaq və danışıqlar aparmaq;
- Purchase Order (PO), satınalma müqavilələri və digər sənədləri hazırlamaq, razılaşdırılmasını təşkil etmək və ERP sistemində satınalma proseslərini idarə etmək;
- Sifarişlərin icrasına nəzarət etmək, logistika və çatdırılma proseslərini koordinasiya etmək, malların vaxtında tələblərə uyğun təhvil verilməsinin təmin etmək;
- Fakturaları, qaimələri, material sertifikatlarını və digər satınalma sənədlərini yoxlamaq, arxivləşdirmək və maliyyə şöbəsi ilə ödəniş proseslərini əlaqələndirmək;
- Bazar qiymətlərini, təchizat risklərini və bazar trendlərini izləmək, alternativ məhsullar, təchizat mənbələri və qənaət imkanları barədə təkliflər vermək;
- Gecikmiş çatdırılmalar, keyfiyyət uyğunsuzluqları və təchizatçılarla yaranan mübahisələri operativ həll etmək və şirkətin maraqlarını qorumaq;
- Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq, satınalma məlumatlarının sistemli uçotunu və arxivləşdirilməsini təmin etmək, daxili istifadəçilərlə sıx əməkdaşlıq edərək satınalma proseslərinin fasiləsiz icrasını təmin etmək.
Tələblər
- İqtisadiyyat, Təchizat və ya Maliyyə sahəsi üzrə ali təhsil;
- Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
- İngilis dili (B1-B2 səviyyəsində);
- MS Office (əla səviyyədə), 1C proqramı;
- CIPS sertifikatının olması arzuolunandır.
- Daxili və xarici satınalma prosesləri üzrə biliklər;
- Yüksək kommunikasiya bacarığı, operativ qərarvermə və analitik düşünmə qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı.
Əlavə məlumat:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: I–V günlər, 09:00–18:00;
- Nahar fasiləsi: 13:00–14:00;
- Əmək haqqı: 1700 AZN (NET)
İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi