Bakı,
Azərbaycan
06/08/2026
-
20/08/2026
İş haqqında məlumat
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Açılmış sifariş formalarının analizi;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin araşdırması və şirkət iştirakının təmin edilməsi;
- Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
- Satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Həftədə 5 iş günü.
- Korporativ mobil nömrə
- Avtomobil üçün amartizasiya xərcləri
- Əmək haqqı: 1000 manat
- İş yeri: Biləcəri (DSK yolu)
Tələblər
- Təchizat sahəsində ən az 1 il iş təcrübəsi
- Yaş: 22-35
- Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
- Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı
- Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
- Bazarı təhlil etmək bacarığı
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
- Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
- Müvafiq sahə üzrə iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili
- MS Office proqramları
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq və səliqədə tutmaq
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
- Stressə davamlılıq
- Şəxsi avtomobil
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun