

Təchizat və distribyutorluq üzrə Mütəxəssis (Yeni Başlayanlar üçün)
Pulsmed
Ə/h razılaşma ilə
335
Tam iş günü
Bakı,
Azərbaycan
22.08.2025 04:08
-
22.09.2025 12:00
İş haqqında məlumat
- Təchizat və distribyutorluq sahəsində gündəlik əməliyyatların icrasında aktiv rol almaq və tapşırıqları icra etmək;
- Rəhbər heyətin nəzarətində daxili və xarici satınalma proseslərinin təşkili;
- Təchizatçılardan təklifləri almaq və müqayisəli şəkildə hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Sifarişlər üzrə ilkin sənədlərin hazırlanması və ödəniş proseslərinin koordinasiyası;
- Distribyutoru olduğumuz şirkətlərlə yazışmaların və məlumat axınının təşkili;
- Rəhbər heyətin nəzarətində sifariş verilmiş malların ölkəyə çatdırılması ilə bağlı logistika şirkətlərinə sorğuların göndərilməsi və uyğun təklif əsasında müvafiq şirkətin təyin olunmasında iştirak etmək;
- Logistika proseslərinin izlənməsi və məhsulların düzgün təhvil verilməsinə dəstək olmaq;
- Müvafiq hesabatların hazırlanmasında və sənədləşmədə dəstək olmaq;
- Komandadaxili əməkdaşlıq və öyrənmə yönümlü yanaşma göstərmək;
- Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar və məsuliyyətli olmaq;
- Stress və təzyiq altında işləmək bacarığı, kollektivdə mehriban münasibətlərin qorunması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
- İş yeri: Bakı;
- İş rejimi: 5 günlük (09:00–18:00);
- Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Müraciət qaydası:
Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Təchizat və distribyutorluq üzrə namizəd” yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, idarəetmə, logistika və ya əlaqəli sahələr üzrə);
- Satınalma və təchizat sahəsində biliklərə malik olmaq (üstünlükdür);
- Microsoft Office proqramlarında əsas səviyyədə işləmə bacarığı (xüsusilə Word və Excel);
- Xarici dillər: İngilis və Rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- Komandada işləmək, öyrənməyə açıq olmaq və təzyiq altında işləmə bacarığı;
- Ünsiyyət bacarıqları, məsuliyyət və təşkilatçılıq keyfiyyətləri;
- Yeni bilikləri tez mənimsəmək və sahə üzrə inkişaf etmək istəyi.