Bakı,
Azərbaycan
31.10.2025 04:53
-
30.11.2025 12:00
İş haqqında məlumat
- Şirkətin ümumi məqsədlərinə uyğun olaraq təchizat və logistika strategiyasını formalaşdırmaq, uzunmüddətli planları həyata keçirmək və təchizat zəncirinin fasiləsizliyini təmin etmək;
- Təchizatçı və distribusiya tərəfdaşları ilə strateji əməkdaşlıq qurmaq, müqavilə şərtlərini optimallaşdırmaq və əməkdaşlıq münasibətlərinin davamlılığını təmin etmək;
- Təchizat proseslərini proqnozlaşdıraraq davamlı təkmilləşdirməklə şirkətin logistika zəncirinin ümumi səmərəliliyini maksimuma çatdırmaq;
- Təchizat, logistika və anbar komandalarının fəaliyyətinə rəhbərlik etmək, səmərəlilik göstəricilərini izləmək, səmərəliliyi artırmaq üçün motivasiya və inkişaf proqramları hazırlamaq;
- Səmərəli tədarükü təmin etmək üçün riskləri, büdcələri və təchizatçı əlaqələrini idarə edərək tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq;
- Qida təhlükəsizliyi və soyuq zəncir logistikası tələblərini şirkət səviyyəsində müəyyən etmək, standartların tətbiqini təmin etmək və məhsul keyfiyyətinin və təhlükəsizliyinin qorunmasını strateji şəkildə idarə etmək;
- Daşıma, marşrutlaşdırma və distribusiya proseslərini təhlil edərək xərcləri optimallaşdırmaq, çatdırılma vaxtlarını azaltmaq və ümumi səmərəliyi yaxşılaşdırmaq;
- Anbar əməliyyatlarını effektiv idarə etmək, stok səviyyələrini düzgün planlaşdırmaq, ehtiyat və itkiləri optimallaşdırmaq;
- Yerli və beynəlxalq təchizatçılarla danışıqlar aparmaq, satınalma şərtlərini təkmilləşdirmək və bazar trendlərinə əsasən xərclərin azaldılması üzrə təkliflər vermək;
- Logistika və təchizat proseslərində effektivlik və şəffaflığı artırmaq üçün ERP və digər idarəetmə sistemlərindən səmərəli istifadəni təmin etmək;
- İş proseslərini standartlaşdırmaq, daxili prosedurları qabaqcıl təcrübəyə uyğunlaşdırmaq və səmərəliliyi yüksəldəcək yeni metodologiyaların tətbiqini təşviq etmək;
- Bölmələr arasında koordinasiyanı və qarşılıqlı əməkdaşlığı gücləndirmək, komandanın fəaliyyətini ümumi biznes məqsədləri ilə uyğunlaşdırmaq;
- Hesabatların hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Rəqabətli əmək haqqı;
- 5 günlük iş rejimi;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Təchizat və Logistika Direktoru” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Ali təhsilli olması;
- Səlis azərbaycan və rus dili bilikləri, ingilis dili- arzuolunandır;
- Təchizat və Logistika sahəsində minimum 8 il, müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
- Təchizat zənciri idarəçiliyi və optimallaşdırılması;
- Logistika planlaşdırması və resursların səmərəli idarəsi;
- Büdcə idarəçiliyi;
- Risk idarəçiliyi və operativ qərar qəbul etmə bacarığı;
- Strateji düşüncə və problem həll etmə bacarıqları;
- Vaxtın idarə olunması və prioritetləşdirmə bacarığı;
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları;
- MS Office üzrə yaxşı biliklər, ERP sistemlərində (1C, İİKO) sərbəst işləmək bacarığı;
- Komandada işləmək bacarığı.