Modern Construction Group

Təchizat və Logistika üzrə Mütəxəssis

Modern Construction Group
Ə/h razılaşma ilə
224
Tam iş günü
Bakı, Azərbaycan
19/08/2026 - 02/09/2026

İş haqqında məlumat

  • Şirkətin təchizat proseslərinin vaxtında və səmərəli şəkildə həyata keçirilməsini, məhsul və materialların sifarişindən təhvil alınmasına qədər logistika proseslərinin koordinasiyasını təmin etmək.

Əsas vəzifələr

  • Təchizat və logistika proseslərinin təşkili və koordinasiyası;
  • Təchizatçıların araşdırılması, seçilməsi və qiymət təkliflərinin toplanması;
  • Təchizatçılarla danışıqların aparılması və kommersiya şərtlərinin razılaşdırılması;
  • Sifarişlərin hazırlanması, izlənilməsi və vaxtında çatdırılmasının təmin edilməsi;
  • Məhsul, xammal və digər materialların stok vəziyyətinin izlənilməsi;
  • Logistika və daşınma proseslərinin koordinasiyası;
  • Çatdırılma müddətlərinə və sifarişlərin düzgünlüyünə nəzarət;
  • Təchizatçılarla bağlı sənədlərin və məlumat bazasının yenilənməsi;
  • Gecikmə, çatışmazlıq və digər təchizat problemlərinin operativ həll edilməsi;
  • Təchizat və logistika xərclərinin optimallaşdırılması;
  • Rəhbərliyə müvafiq hesabatların hazırlanması.

İş şəraiti

  • İş yeri: Qiş parkinin yani
  • İş qrafiki: 09:00–18:00

Tələblər

  • Təchizat, logistika, satınalma və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Təchizat və logistika prosesləri haqqında praktiki bilik;
  • Təchizatçılarla effektiv kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  • MS Office, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Sənədlərlə işləmək və məlumatları sistemləşdirmək bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi və operativlik;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
  • rus v/və ya ingilis dili üstünlükdür.