NH Group

Təchizat və Satınalma üzrə Mütəxəssis

NH Group
1500 - 1800 ₼
300
Tam iş günü
Bakı, Azərbaycan
12/05/2026 - 26/05/2026

İş haqqında məlumat

Qənnadı məhsullarının idxalı  ilə məşğul olan şirkətimiz Təchizat və Satınalma şöbəsinə peşəkar, analitik düşüncəli və inkişaf yönümlü əməkdaş axtarır.

  • Yerli və xarici təchizatçılarla əlaqələrin qurulması və idarə olunması
  • Yeni məhsulların axatışı
  • Qənnadı məhsulları və  istehsalı üçün xammal materiallarının satınalma prosesinin təşkili
  • Bazar araşdırmalarının aparılması, alternativ təchizatçıların müəyyənləşdirilməsi
  • Qiymət analizləri, müqayisəli təkliflərin hazırlanması və danışıqların aparılması
  • Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət
  • İdxal proseslərinin koordinasiyası və logistika əməliyyatlarının izlənilməsi
  • Müqavilələrin hazırlanması və təchizat şərtlərinin idarə olunması
  • Anbar, logistika və satış şöbələri ilə koordinasiyalı işin təşkili
  • Təchizat zəncirində risklərin və gecikmələrin öncədən analiz edilməsi
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Şirkət təklif edir

  • Stabil və inkişaf edən şirkətdə karyera imkanı
  • Peşəkar inkişaf və təlim imkanları
  • Rəqabətli əməkhaqqı
  • Dinamik və peşəkar iş mühiti

İş şəraiti 

  • İş yeri: Bakı (sahə üzrə aktiv iş)
  • İş qrafiki: 5 iş günü
  • Saat: 09:00 – 18:00
  • Əmək haqqı: 1500 – 1800 AZN

Tələblər

  • Təchizat, satınalma və ya logistika sahəsində minimum 3 il iş təcrübəsi
  • Rus və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı
  • Güclü bazar araşdırması və analitik düşünmə qabiliyyəti
  • Təchizatçılarla peşəkar danışıqlar aparmaq bacarığı
  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək işləmə bacarığı
  • ERP sistemləri ilə işləmə təcrübəsi üstünlükdür
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
  • Komandada işləmə və yüksək kommunikasiya bacarığı
  • Stress altında işləmə və paralel prosesləri idarə etmə bacarığı
  • Planlama və vaxtın effektiv idarə olunması bacarığı
  • Satınalma və idxal sənədləşməsini anlamaq üstünlükdür
  • FMCG və ya qida sektorunda təcrübə üstünlük hesab olunur

Şəxsi keyfiyyətlər

  • Motivasiyalı və təşəbbüskar
  • İnkişafa açıq və öyrənməyə həvəsli
  • Detallara diqqətli və sistemli yanaşma
  • Problemləri operativ analiz edib həll etmə bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar