Bakı,
Azərbaycan
12.06.2025 22:30
-
12.07.2025 12:00
İş haqqında məlumat
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Açılmış sifariş formalarının analizi;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin araşdırması və şirkət iştirakının təmin edilməsi;
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Sifarişçi və potensial müştəri şirkətləri üçün ilkin kvalifikasiya sənədlərinin hazırlanması;
- Tender sonrası təklifin müdafiə edilməsi;
- Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
- Satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü;
- Əmək haqqı: 1200 manat +bonus.
Tələblər
- Təchizat sahəsində ən az 2 il iş təcrübəsi;
- Yaş: 25-35;
- Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq;
- Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı;
- Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı;
- Bazarı təhlil etmək bacarığı;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
- Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış;
- E-tender portalında işləmə bacarığı- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri vacibdir., rus dili arzuolunandır;
- MS Office proqramları;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq və səliqədə tutmaq;
- Yanğından mühafizə sahəsi üzrə biliklər arzuolunandır;
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları;
- Stressə davamlılıq.