Təchizat və Təsərrüfat Mütəxəssisi
BSC Consulting & Outsourcing Company
Ə/h razılaşma ilə
3285
Tam iş günü
Gəncə,
Azərbaycan
18/02/2026
-
04/03/2026
İş haqqında məlumat
- Mərkəzin gündəlik təchizat və təsərrüfat işlərinin təşkili və idarə edilməsi;
- Material, ehtiyat hissələri və digər ləvazimatların alınması, qəbul, qeydiyyat və saxlanması;
- İnventar uçotunun aparılması, stokların vaxtında yenilənməsi;
- Tədarükçülərlə əlaqələrin idarə olunması, müqayisəli qiymət araşdırması və sifarişlərin təşkili;
- Əmlakın qorunması və istifadəsinin səmərəli təşkili;
- Mərkəzdə işlərin düzgün və vaxtında aparılmasına nəzarət;
- Təsərrüfat prosedurlarına və daxili standartlara uyğunluğun təmin edilməsi;
- Təchizat planlarının hazırlanması və büdcəyə uyğun idarə olunması;
- İşçi heyəti ilə əlaqə və koordinasiya, onların təlimatlandırılması;
- Təhlükəsizlik və sanitariya qaydalarına riayət olunmasının təmin edilməsi.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Əmək haqqı müsahibə zamanı təcrübə və bacarıqlara əsasən müəyyən ediləcək.
Tələblər
- Təchizat və təsərrüfat sahəsində təcrübə (1–2 il və ya analoji vəzifə);
- Təşkilatçılıq və planlaşdırma bacarığı;
- MS Office proqramlarını istifadə bacarığı;
- Diqqətli, məsuliyyətli və operativ qərarvermə qabiliyyəti.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.