Tamstore

Təchizat Zənciri Layihələri üzrə Şöbə Rəhbəri

Tamstore
Ə/h razılaşma ilə
1502
Tam iş günü
Bakı, Azərbaycan
21/11/2025 - 21/12/2025

İş haqqında məlumat

  • Logistika və distribusiya prosesləri üzrə SƏP və daxili siyasətlərin hazırlanması, yenilənməsi və əməliyyatlara uyğunlaşdırılması;
  • Müxtəlif biznes sahələrini əhatə edən layihə və təşəbbüslərin planlaşdırılması, idarə edilməsi və nəticələrinə nəzarət;
  • Proseslər üzrə KPI-ların müəyyən edilməsi, tətbiqi, monitorinqi və nəticələr əsasında inkişaf tədbirlərinin görülməsi;
  • Əməliyyat proseslərinə nəzarət, proses boşluqlarının aşkar edilməsi və tənzimlənməsi;
  • Gündəlik layihə fəaliyyətlərinin, resursların və komanda əməkdaşlığının koordinasiyası;
  • Proseslərin səmərəliliyinin artırılması üçün optimallaşdırma işləri və inkişaf istiqamətlərinin müəyyən edilməsi;
  • Proseslərdən əldə olunan məlumatların analizi, hesabatların hazırlanması və qərarvermə üçün analitik dəstək;
  • Müxtəlif proses təkmilləşdirmə layihələrində aktiv iştirak və yeni həllərin tətbiqi;
  • Aidiyyəti şöbələrin əməkdaşlarının proseslər üzrə təlimləndirilməsi və tətbiqə dəstək;
  • Proseslərin korporativ standartlara və əməliyyat tələblərinə uyğunluğunun təmin edilməsi;
  • Proseslərlə bağlı trendlərin izlənməsi, yeni texnoloji və metodoloji inkişaf imkanlarının araşdırılması;
  • Manual əməliyyatların avtomatlaşdırılması və rəqəmsal həllərin tətbiqi ilə iş səmərəliliyinin artırılması.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
  • Biz nə təklif edirik:
  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat Zənciri Layihələri üzrə Şöbə Rəhbəri” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Təchizat zənciri idarəçiliyi və optimallaşdırılması;
  • Logistika planlaşdırması və resursların səmərəli idarəsi;
  • Risk idarəçiliyi və operativ qərar qəbul etmə bacarığı;
  • Strateji düşüncə və problem həll etmə bacarıqları;
  • Vaxtın idarə olunması və prioritetləşdirmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil;
  • Təchizat və Logistika sahəsində minimum 4 il.

Oxşar vakansiyalar