Bakı,
Azərbaycan
05.09.2025 10:17
-
05.10.2025 12:00
İş haqqında məlumat
- Şirkətin iş fəaliyyətlərini dəstəkləyən məhsul və xidmətlərin satın alınmasını şirkət siyasət və prosedurlarına uyğun həyata keçirmək;
- Satınalmada ən yaxşı qiymət, keyfiyyət və çatdırılma prinsiplərinə riayət etməklə büdcə daxilində qərar qəbul etmək;
- Material/Xidmət sorğularını nəzərdən keçirmək, düzgünlüyünü təsdiqləmək və tələbatçı ilə əlaqə saxlamaq;
- RFP (Təklif Sorğusu) prosesini idarə etmək, tədarükçülərlə aydınlaşdırmaları koordinasiya etmək və kommersiya danışıqlarında iştirak etmək;
- PO-ların (Satınalma Sifarişləri) yerləşdirilməsi, idarə olunması və təcili çatdırılmasının izlənməsini təmin etmək;
- Tədarükçülərlə texniki və kommersiya məsələlərini həll etmək, müqavilələri icra etmək;
- PSCM ilə bağlı həftəlik, aylıq və illik hesabatların hazırlanmasına dəstək vermək;
- Qismən çatdırılan malların qeydlərini aparmaq və problemləri proaktiv şəkildə həll etmək;
- Şirkət və PSCM prosedur və siyasətlərinə riayət etmək, əlavə PSCM vəzifələrini yerinə yetirmək;
- İş inkişafı və layihələrdə dəstək göstərmək, komanda və rəhbərliyə analitik məlumat və dəstək təmin etmək;
- Ofis Referenti (Rəhbərliyin göstərişləri əsasında digər inzibati və dəstək işlərinin yerinə yetirilməsi).
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Caspian Plaza;
- İş qrafiki: 5 günlük;
- İş saatları: 08:00-17:00;
- Əməkhaqqı 1000 azn.
Müraciət qaydası:
Yalnız vakansiyaya uyğun olan və qeyd olunan vəzifə öhdəliklərinə malik namizədlər öz CV-lərini mövzuda Təchizat zəncirinin idarə edilməsi üzrə kiçik mütəxəssis qeyd edərək Müraciət Et düyməsində yerləşən e-maili ünvanına göndərə bilərlər.
Tələblər
- Ali Təhsil;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Xarici satınalmalar və istehsalatda iş təcrübəsi üstünlükdür ;
- Səlis Azərbaycan dili, İngilis dili (rus dili biliyi üstünlükdür);
- Komanda ilə işləmə;
- Operativlik ;
- Məsuliyyətlilik;
- Dəqiqlik;
- Mükəmməl problem həll etmə bacarıqları;
- Kompüter bilikləri;
- Effektiv ünsiyyət və təqdimat bacarıqları;
- Stressə davamlılıq.