Bakı,
Azərbaycan
24.10.2025 04:17
-
24.11.2025 12:00
İş haqqında məlumat
Tədarükçülərin axtarışı və seçimi:
- Tikinti materialları bazarının təhlili və etibarlı yerli tədarükçülərin seçilməsi;
- Məhsul keyfiyyətinin, çatdırılma müddətinin və müqavilə şərtlərinin qiymətləndirilməsi.
Müqavilələrin bağlanması:
- Tərəfdaşlarla danışıqların aparılması, əməkdaşlıq şərtlərinin razılaşdırılması;
- Yerli partnyorlarla müqavilələrin hazırlanması və imzalanması.
Satınalmaların təşkili:
- Tələbatın planlaşdırılması və sifarişlərin formalaşdırılması;
- İcraata nəzarət, çatdırılmaların izlənməsi və vaxtında təhvil-təslimin təmin olunması.
Keyfiyyətə nəzarət:
- Materialların standartlara uyğunluğunun yoxlanılması.
Loqistika və daşınma:
- Yerli çatdırılmaların koordinasiyası;
- Gömrük prosedurlarına əməl olunması.
Maliyyə nəzarəti:
- Satınalma büdcəsinin formalaşdırılması və xərclərə nəzarət;
- Qiymət təhlili və xərc optimallaşdırılması.
Hesabatlılıq:
- Hesabatların hazırlanması, sənədləşmə və öhdəliklərin icrasına nəzarət.
Daxili şöbələrlə əməkdaşlıq:
- Loqistika, mühasibatlıq, tikinti və layihə şöbələri ilə sıx əməkdaşlıq.
ŞƏRAİT:
- Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi;
- İş qrafiki: Bazar ertəsi – şənbə, saat 09:00 – 17:00;
- Əməkhaqqı: 1500 AZN (NETT);
- Rahat ofis mühiti, sabit iş yeri və peşəkar kollektiv.
NECƏ MÜRACİƏT ETMƏLİ:
CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Mövzu sətrində qeyd edin: "Təchizatçı".
Məsuliyyətli və təşəbbüskar bir mütəxəssisi komandamızda görməkdən məmnun olarıq!
Tələblər
Təhsil:
- Ali təhsil (iqtisadiyyat, loqistika, tikinti və ya əlaqəli sahələr üzrə).
Təcrübə və biliklər:
- Tikinti materiallarının satınalması sahəsində təcrübə (xarici tədarükçülərlə işləmək üstünlükdür);
- Xarici iqtisadi fəaliyyət, idxal və beynəlxalq loqistika barədə biliklər;
- İngilis dili biliyi (digər dillər üstünlükdür);
- MS Office (xüsusilə Excel) və satınalma idarəetmə proqramlarında sərbəst işləmək bacarığı.
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətli, diqqətli, təşkilatçılıq bacarığı olan;
- Böyük məlumat həcmi ilə işləmə bacarığı;
- Danışıqlar aparmaq və qərar qəbul etmək bacarığı;
- Komanda ruhu, stresədavamlılıq və çeviklik.