Bakı,
Azərbaycan
24/02/2026
-
24/03/2026
İş haqqında məlumat
AZELKO” MMC 2008- ci ildən fəaliyyət göstərir.Müəssisəmiz alçaq və orta gərginlikli (36kV – a qədər) dəstləşdirilmiş (komplekt) paylayıcı qurğuların (KPY) istehsalı ilə məşğuldur.
- İş vaxtı həftə içi 08:00-dan 17:30-dək ;
- Ünvan: Abşeron ray. Şamaxı şossesi 14km;
- Nahar fasiləsi 12:30-dan 13:30-dək ;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: 1200-1500 AZN (Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir. ).
Tələblər
- Yaş:23-45 yaş;
- Təhsil: Ali təhsil;
- Elektrik Avadanlıqları və Materiallarının Satınalması sahəsində azı 2 il iş təcrübəsi ;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi, danışıqların aparılması , uzunmüddətli əməkdaşlıq qurulması və saxlanılması bacarığı;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
- Satınalma sorğularının hazırlanması və analiz edilməsi;
- Satınalma müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə kommersiya şərtlərinin müəyyən olunması
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Alınan və idxal olunan Avadanlıqları və Materiallarının logistika fəaliyyətlərini tənzimləmək, vaxtında və keyfiyyətə uyğun çatdırılmasının təmin edilməsi;
- MS Office proqramları, xüsusilə Excel biliyi mütləqdir;
- 1C ERP sistemləri ilə işləmə bacarığı arzuolunandır;
- İngilis və rus dili arzuolunandır;
- Rəhbərlik, Satınalma və loqistika şöbəsi üçün hesabatları hazırlamaq və vaxtında təqdim etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli ;
- Operativ çalışqan, məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini <[email protected]> e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Təchizatçı” qeyd etmələri xahiş olunur.
Əlaqə:+994 55 525 04 35