hrin.az
Reklam
Lab Test QSC

Təchizatçı

Lab Test QSC

Əmək haqqı: Razılaşma

35330 oktyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriProfessional
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliYaxşı

İş haqqında

Vəzifə öhdəlikləri:

  • Tender siyahısına əsasən tələb olunan məhsul və avadanlıqların araşdırılması;
  • Yerli və xarici bazarlarda məhsul və təchizatçıların axtarılması;
  • Təchizatçılarla əlaqə saxlanılması və qiymət təkliflərinin alınması;
  • Məhsullar üzrə qiymət və texniki məlumatların araşdırılması;
  • Alınan təkliflərin müqayisə edilməsi və uyğun variantların seçilməsi;
  • Təchizatçılarla qiymət, çatdırılma və ödəniş şərtləri üzrə danışıqların aparılması;
  • Tender üçün tələb olunan sənədlərin və məlumatların toplanması;
  • Sifarişlərin verilməsi və çatdırılma prosesinin izlənilməsi;
  • Təchizat prosesləri üzrə hesabatların hazırlanması.

İş barədə məlumat:

  • İş qrafiki: Həftə içi - 09:00-dan 18:00-dək; 
  • Nahar fasiləsi - 13:00-dan 14:00-dək.
  • Əmək haqqı (+ bonus).

Namizədə tələblər:
     Ali təhsilli (texniki ali təhsili olan namizədlərə üstünlük verilir)

  • Tender sahəsində minimum 1-3 il iş təcrübəsi
  • İnglis, Rus dili biliyi;
  • Araşdırma qabiliyyəti;
  • Texniki biliklər (ölçü və s.);
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı (Excel mütləqdir);
  • İntizamlılıq, punktuallıq, komandada işləmə bacarığı;
  • İşgüzar ünsiyyət etikası;
  • Yüksək səviyədə ünsiyyət qurmaq bacarıqları;
  • Səfərlərə getmək imkanı;
  • Sürücülük vəsiqəsi və sürücülük təcrübəsi olması arzu olunandır.
Reklam