Bakı,
Azərbaycan
02.10.2025 04:49
-
02.11.2025 12:00
İş haqqında məlumat
- Təchizat proseslərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Təmir-tikinti işləri üçün tələb olunan mal-materialların (iş və xidmətlərin) vaxtında təmin edilməsini, alınmış mal materialların anbara mədaxilini və buraxılışını təşkil etmək;
- Verilən sifarişlər əsasında mal-materialların (iş və xidmətlərin) texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq, alınmasını və gətirilməsini icra etmək, anbara mədaxil və məxaric içlərini yerinə yetirmək ;
- Mal- materiallarin (iş, xidmətlərin) alınmasını planlaşdırıb qısa vaxtda icra etmək;
- Təchizat üzrə xərcləri planlaşdırmaq və idarə etmək;
- Təhtəlhesab xərclərlə bağlı hesabatlar hazırlamaq, rəhbərliyə və mühasibatlığa təqdim etmək;
- Alış müqavilələrinin, təchizat sənədlərinin və digər müvafiq sənədlərin düzgün tərtib edilməsini təmin etmək;
- Gündəlik təchizat fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Anbara gündəlik daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək (anbara daxil olma – anbardan çıxma əməliyyatlarının qeydiyyatını aparmaq);
- Anbarda olan məhsulların inventarizasiyası, malların sayı və hərəkəti haqqında rəhbərliyə aylıq hesabatın təqdim olunması;
- Müdriyyətin və rəhbərinin verdiyi gündəlik tapşırıqların yerinə yetirir;
- Anbarda daxili səliqə səhmana nəzarət edir.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, saat 09.00 –dan 18.00-dək, (şənbə günü qısa iş günü)və bazar günləri istirahət günləridir;
- Əmək haqqı razılaşma yolu ilə;
- Qeyd: iş yeri Bakı şəhərində, mərkəzdə yerləşir. (Sahil metrosunun ətrafında yerləşir).
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Təchizatçı - anbardar” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə Müraciət Et düyməsində göstərilən email ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- 25-35 yaş aralığında olan qadın namizədlər;
- Ali və orta ixtisas təhsilli;
- Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
- Ofis avadanlıqlarından istifadə etmə bacarığı olmalı;
- Kompüter bacarıqları: Ofis proqramları- Word, Excel, yaxşı səviyyədə işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə);
- Məsuliyyətli, stresə davamlı.