

Təchizatçı (Elektrik Avadanlıqları və Materiallarının Satınalması üzrə)
Energazer
Ə/h razılaşma ilə
2047
Tam iş günü
Bakı,
Azərbaycan
25.09.2025 09:35
-
25.10.2025 12:00
İş haqqında məlumat
- Elektrik avadanlıqları və materialları üzrə bazar araşdırmalarının aparılması;
- Təchizatçılarla danışıqlar, müqavilələrin bağlanması və şərtlərin razılaşdırılması;
- Qiymət təkliflərinin toplanması və müqayisəli təhlili;
- Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət;
- Tədarükçülərlə davamlı əməkdaşlıq qurulması;
- Materialların vaxtında və keyfiyyətə uyğun çatdırılmasının təmin edilməsi;
- Anbar, layihə komandası və digər departamentlərlə koordinasiyalı əməkdaşlıq;
- Hesabatların və sənədlərin hazırlanması;
- Daxili prosedurların və satınalma siyasətlərinin icrasına nəzarət.
Əmək haqqı: Müsahibə əsasında.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CV göndərərkən mövzu sətrində “Təchizatçı – Elektrik Avadanlıqları” qeyd etməyi unutmayın.
Tələblər
- Ali texniki və ya iqtisadi təhsil (elektrik mühəndisliyi üzrə üstünlük verilir);
- Elektrik avadanlıqlarının satışı və ya təchizatı üzrə azı 2 il iş təcrübəsi;
- Satınalma və təchizat zənciri üzrə praktiki biliklər;
- Texniki kataloqlarla və məhsul xüsusiyyətləri ilə işləmə bacarığı;
- MS Office, 1C, SAP və digər ERP sistemlərində işləmə təcrübəsi;
- Analitik düşüncə, danışıqlar aparmaq və qərarvermə bacarığı;
- Azərbaycan dili – səlis, ingilis dili – zəruri, rus dili – arzuolunandır.