Bakı,
Azərbaycan
27/04/2026
-
11/05/2026
İş haqqında məlumat
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı üçün tibb məntəqələrində tibbi xidmətlərin təşkili məqsədi ilə Təcili tibbi yardım həkimi vakansiyası aktivdir.
- Hava limanında fəaliyyət göstərən tibb məntəqəsində ilkin tibbi yardım göstərə bilmək;
- Təxirəsalınmaz tibbi yardımı həyata keçirmək, zəruri hallarda xəstəni müvafiq xəstəxanaya yönləndirmək;
- Qan təzyiqi, nəbz, temperatur və digər ilkin göstəriciləri ölçmək, klinik vəziyyəti qiymətləndirmək;
- Tibb məntəqəsində istifadə olunan avadanlıq və dərman ehtiyatının qeydiyyatını aparmaq, ehtiyatları nəzarətdə saxlamaq;
- Sanitariya-gigiyena, aviasiya mühiti üçün spesifik tibb prosedurlarına riayət etmək;
- Tibb məntəqəsinin gündəlik fəaliyyətində qeydiyyat aparmaq, pasiyent məlumatlarını sistemləşdirmək.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
- İş qrafiki: Növbəli (gecə-gündüz)
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq;
Tələblər
- Ali tibbi təhsili (Müalicə işi, Terapevt, Anestezioloq-Reanimatoloq)
- Minimum 1–2 il təcili yardım üzrə iş təcrübəsi;
- İngilis dili biliyi mütləq, Rus dili biliyi üstünlükdür;
- Yüksək ünsiyyət bacarığı, stress altında çevik işləmə qabiliyyəti.
- Dəyişkən iş qrafiki (növbəli iş, gecə növbələri) üçün hazır olmalı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.