Medco Hospital

Təcili yardım üzrə tibb bacısı

Medco Hospital
Ə/h razılaşma ilə
843
Növbəli iş
Bakı, Azərbaycan
27/04/2026 - 11/05/2026

İş haqqında məlumat

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı üçün tibb məntəqələrində tibbi xidmətlərin təşkili məqsədi ilə Təcili yardım tibb bacısı vakansiyası aktivdir.

  • Hava limanında fəaliyyət göstərən tibb məntəqəsində ilkin tibbi yardım göstərə bilmək;
  • Təxirəsalınmaz tibbi yardım halında həkimə kömək etmək, zəruri hallarda xəstəni müvafiq xəstəxanaya yönləndirmək;
  • Qan təzyiqi, nəbz, temperatur və digər ilkin göstəriciləri ölçmək, klinik vəziyyəti qiymətləndirmək;
  • Tibb məntəqəsində istifadə olunan avadanlıq və dərman ehtiyatının qeydiyyatını aparmaq, ehtiyatları nəzarətdə saxlamaq;
  • Sanitariya‑gigiyena, aviasiya mühiti üçün spesifik tibb prosedurlarına riayət etmək;
  • Tibb məntəqəsinin gündəlik fəaliyyətində qeydiyyat aparmaq, pasiyent məlumatlarını sistemləşdirmək.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
  • İş qrafiki: Növbəli (gecə-gündüz) 
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq;

Tələblər

  • Orta tibb ixtisas təhsili (tibb bacısı, feldşer);
  • Səhiyyə Nazirliyinin sertifikasiyası;
  • Minimum 1–3 il ilkin tibbi yardım üzrə iş təcrübəsi;
  • İngilis dili və Rus dili üzrə biliyi üstünlükdür;
  • Yüksək ünsiyyət bacarığı, stress altında çevik işləmə qabiliyyəti;
  • Dəyişkən iş qrafiki (növbəli iş, gecə növbələri) üçün hazır olmalı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar