Asterias

Təcrübəçi (intern)

Asterias
Ə/h razılaşma ilə
307
Təcrübə
Bakı, Azərbaycan
13.10.2025 09:36 - 13.11.2025 12:00

İş haqqında məlumat

Asterias Təlim və İnkişaf Mərkəzi təcrübəçi qəbuluna start verir!

Uşaqların düşünmə bacarıqlarının, özünüifadə və sosial inkişafının dəstəkləndiyi bir mühitdə təcrübə qazanmaq istəyirsənsə — bu fürsət sənin üçündür!

  • Müraciət edənlərə proqramlar və fəaliyyətlər haqqında məlumat vermək;
  • Qrup və dərs cədvəllərinin tərtibində və izlənilməsində iştirak etmək;
  • Təlimçilərlə və komanda üzvləri ilə məlumat axınını təmin etmək;
  • Ofis daxili işlərin təşkilində və tədbirlərin planlaşdırılmasında dəstək olmaq;
  • Elektron yazışmaların və sorğuların cavablandırılmasında iştirak etmək;
  • Layihə və tədbir hazırlıqlarında (xüsusilə uşaqlarla iş sahəsində) komandaya yardım göstərmək.

Təcrübə müddəti:

  • 2 ay
  • Hər gün (b.e. – cümə)
  • Saat 14:00 – 17:00

Başlama tarixi: Uyğun namizədlərlə razılaşdırılacaq

​​​​​​​Biz nə təklif edirik:

  • Asterias mühitində real iş təcrübəsi;
  • Təlim və seminarlarla peşəkar inkişaf imkanı;
  • Təcrübə müddətini uğurla başa vuranlara sertifikat;
  • Uyğun vakansiya yarandığı halda rəsmi işə qəbul imkanı;
  • Dostyana və yaradıcı komanda mühiti.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil tələbəsi və ya yeni məzun (təhsil, psixologiya, sosial elmlər və ya idarəetmə sahəsi üstünlükdür);
  • Ünsiyyət bacarığı və komanda ilə işləmək qabiliyyəti;
  • Məsuliyyətli, çevik və öyrənməyə açıq;
  • Ofis proqramları və sosial media ilə işləmə bacarığı (üstünlükdür);
  • Uşaqlarla işləməyə maraqlı olmaq.


Oxşar vakansiyalar