Sirab ASC

Tədarük planlama üzrə aparıcı mütəxəssis

Sirab ASC
Ə/h razılaşma ilə
360
Tam iş günü
Bakı, Azərbaycan
05/12/2025 - 12/12/2025

İş haqqında məlumat

  • Şirkətin tələb və təchizat davamlılığını qorumaq üçün Critical Stock, Safety Stock və digər ehtiyat strategiyalarının hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət etmək;
  • Satış proqnozlarının təhlili və stok balansının strateji idarə olunması. Proqnoz dəqiqliyinin aylıq ölçülməsi və optimallaşdırılması prosesində iştirak etmək;
  • Şirkətin ehtiyaclarına uyğun təchizat planlarının hazırlanması, onların rəhbərliyə təqdim olunması və təsdiqlənmiş planların satış, logistika, marketing və maliyyə bölmələri ilə uzlaşdırılmasını təmin etmək;
  • Stok çatışmazlığı və artıq stok risklərinin idarə edilməsi və önləyici tədbirlərin tətbiqi;
  • Kampaniyalar, məhsul lansmanları və SKU dəyişikliklərinin planlama prosesini koordinasiya etmək;
  • Operativ və strateji planlama sahəsində rəhbərliyə analitik hesabatlar təqdim etmək; Power BI və digər analitika alətləri vasitəsilə dashboard və vizuallaşdırmalar hazırlamaq.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;
  • Yemək şirkət tərəfindən;
  • Korporativ telefon nömrəsi və danışıq paketi;

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi

İş yeri:

  • Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).

Tələblər

  • Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, iqtisadiyyat yaxud idarəetmə sahəsində)
  • Komputer bilikləri: MS Office – Excell, Word, PowerPoint, Outlook - yaxşı;
  • Dil bilikləri: Azərbaycan dili- əla, Rus dili- yaxşı, İngilis dili- əla;
  • Təcrübə: 3 il ;
  • Material tələbat planlaması ERP sistemlərində işləmək bacarığı;
  • Stok idarəetmə prinsip və standartları üzrə biliklər;
  • Tələb proqnozlaşdırma metodologiyaları(Forecasting)  barədə məlumatlı olmaq
  • Risklərin idarəedilməsi  və proses optimallaşdırılması sahəsində bilik və bacarıq;
  • Təchizat zənciri idarə edilməsi, marketing və maliyyə sahələri üzrə ümumi biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

  • Analitik düşünmə bacarığı;
  • Keyfiyyət yönümlülük;
  • Komanda ilə işləmə bacarığı;
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
  • Planlaşdırma və problem həll etmə bacarığı.

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Tədarük planlama üzrə aparıcı mütəxəssis” yazmaqla"CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.