Proven TTL

Tədbir və BTL Layihələri üzrə Menecer

Proven TTL
1200 - 1500 ₼
208
Tam iş günü
Bakı, Azərbaycan
21/05/2026 - 04/06/2026

İş haqqında məlumat

Komandamıza yaradıcı düşüncəyə sahib, layihələri idarə edə bilən və şirkəti peşəkar şəkildə təmsil edəcək Reklam və BTL Layihələri üzrə Menecer axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Reklam və BTL layihələrinin hazırlanması və idarə olunması;
  • Kreativ ideyaların hazırlanması və təqdim edilməsi;
  • Tədbirlərin planlanması və təşkilinin koordinasiyası;
  • Müştərilərlə görüşlərin keçirilməsi və layihələrin təqdim olunması;
  • Layihələrin büdcə, zaman və icra prosesinə nəzarət;
  • Təchizatçılar və tərəfdaşlarla koordinasiyanın aparılması;
  • Şirkətin xidmətlərinin satış yönümlü təqdim olunması;
  • Global və lokal müştərilərlə əlaqələrin idarə olunması və əməkdaşlığın inkişaf etdirilməsi;
  • Layihələrin icrası zamanı operativ problemlərin həll edilməsi;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

İş şərtləri:

  • İş saatı: 09:00 – 18:00
  • İş günləri: Bazar ertəsi – Cümə
  • Əmək haqqı 1200-1500 Azn + bonus sistemi
  • Dinamik və inkişaf yönümlü iş mühiti
  • KPI əsaslı motivasiya və inkişaf imkanları

Tələblər

  • Reklam, marketinq, tədbir təşkili və ya BTL sahəsində minimum 2 il iş təcrübəsi;
  • Kreativ düşüncə və ideya təqdim etmə bacarığı;
  • Layihələrin idarə olunması və koordinasiya bacarığı;
  • Güclü kommunikasiya və təqdimat qabiliyyəti;
  • Satış və müştəri yönümlü yanaşma;
  • Operativ və gərgin iş qrafikində işləmə bacarığı;
  • KPI sistemi ilə işləmə və nəticəyönümlü yanaşma;
  • Bir neçə layihəni paralel şəkildə idarə etmə bacarığı;
  • Problem həll etmə və sürətli qərarvermə qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
  • Rus və ingilis dili biliyi (global müştərilərlə iş təcrübəsinə görə üstünlükdür);
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Məsuliyyətli, punktual və komandada işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.