AZCON Holding

Tədbirlərin təşkili üzrə menecer

AZCON Holding
Ə/h razılaşma ilə
8309
Tam iş günü
Bakı, Azərbaycan
13/02/2026 - 27/02/2026

İş haqqında məlumat

  • AZCON-un illik tədbirlər planı və büdcəsinin hazırlanması; 
  • Biznes tələblərinə, hədəf auditoriyaya və məqsədlərə uyğun olaraq tədbirin əvvəldən sona qədər layihənin planlaşdırılması və idarə olunması;
  • Tədbirlərin təşkili üzrə müvafiq daxili proses və sənədlərin hazırlanması və yenilənməsinin təmin edilməsi;
  • Tədbirlərə aid müxtəlif xidmətlər üzrə təchizatçılar barədə təkliflərin verilməsi, onların seçimində iştirak edərək fəaliyyətinin qiymətləndirilməsi;
  • Bütün logistika hazırlıqlarının (tədbirin gündəliyi, iştirakçı siyahısı, məkan seçimi, nəqliyyat, məkan quruluşu, keyterinq, foto-video çəkiliş, texniki avadanlığın təminatı, yekun büdcə və digər məsələlər) həyata keçirilməsi;
  • Tədbir zamanı bilavasitə məkanda koordinasiya və nəzarətin həyata keçirilməsi, tədbir üzrə bütün proseslərə nəzarət edilməsi, təchizatçıların koordinasiya edilməsi və SƏTƏM tələblərinə uyğunluğunun təmin edilməsi;
  • Tədbir üçün nəzərdə tutulmuş müxtəlif materialların (nəşrlər, hədiyyələr, brendvollar, videoçarxlar) dizaynının və istehsalının əlaqələndirilməsi;
  • Tədbirdən sonra qiymətləndirmənin aparılması, alınmış rəy və təkliflər, öyrənilmiş dərslər əsasında lazımi təkmilləşdirmələr barədə təkliflərin verilməsi;
  • AZCON Holding və şirkətlərinin müvafiq departamentləri ilə koordinasiya işlərinin həyata keçirilməsi;
  • Xətti rəhbərin tapşırdığı digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil (ictimaiyyətlə əlaqələr, turizm/hotelçilik və qonaqlama, marketinq və təchizat sahələrində üstünlükdür); 
  • Tədbirlərin təşkili, protokol, inzibati və ofis menecmenti sahələrində ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan dili (ana dili), ingilis dili (yüksək səviyyədə), rus dili (arzuolunan);
  • Yüksək səviyyədə ünsiyyət, analitik düşüncə və təqdimat bacarığı.