Lingua Language Center

Tədris mərkəzinə resepşn (Sumqayıt)

Lingua Language Center
Ə/h razılaşma ilə
645
Tam iş günü
Sumqayıt, Azərbaycan
06/04/2026 - 20/04/2026

İş haqqında məlumat

Lingua Language Center – dil ustalığı və beynəlxalq təhsil üçün yaradılmış tədris mərkəzi – peşəkar və məsuliyyətli namizədləri komandamıza qoşulmağa dəvət edir.

  • Ofisdə gələn valideyn və tələbələri qarşılamaq və ətraflı məlumat vermək
  • Telefon zənglərinə və sosial şəbəkə mesajlarına operativ cavab vermək
  • Yeni tələbələrin qeydiyyatını aparmaq və məlumat bazasını yeniləmək
  • Dərs cədvəllərini hazırlamaq və mütəmadi olaraq yeniləmək
  • Ödənişlər və tələbə siyahıları ilə bağlı qeydiyyat işlərini aparmaq
  • Müəllim və rəhbərliklə koordinasiyalı şəkildə işləmək

İş haqqında:

  • Rəsmi əmək müqaviləsi
  • İl ərzində məzuniyyət
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
  • Qrafik: Həftə içi hər gün (Bazar günü istirahət)
  • İş saatı: 09:00 – 20:00
  • Ünvan: Bulvar küçəsi 103, Sumqayıt şəhəri

Tələblər

  • Xanım namizədlər
  • Yüksək ünsiyyət və təqdimat bacarığı
  • Məsuliyyətli, punktual və diqqətli olmaq
  • Komanda ilə işləmə bacarığı
  • MS Office proqramları (xüsusilə Excel və Word) bilikləri
  • İngilis və rus dili bilikləri üstünlükdür

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar