IVY HUB

Tədris Mərkəzinin Koordinatoru

IVY HUB
Ə/h razılaşma ilə
228
Tam iş günü
Bakı, Azərbaycan
23/07/2026 - 06/08/2026

İş haqqında məlumat

Təhsilə həvəsli və dinamik, böyüyən mühitdə rəhbər vəzifədə çalışmaq istəyirsiniz? Əsas fəaliyyəti şagirdləri SAT, IELTS, Duolingo və TOEFL kimi standartlaşdırılmış testlərə hazırlaşdırmağa yönəlmiş yeni tədris mərkəzimiz üçün ümumi fəaliyyətləri və komandanı idarə edəcək Koordinator axtarırıq.

İş saatları: Həftəlik 40 saat

“IVY HUB” yüksək keyfiyyətli təhsil və fərdi tədris xidmətləri təqdim etməyi öhdəsinə götürür. Yeni mərkəzimiz şagirdlərə akademik məqsədlərinə nail olmaqda dəstək verməyi, fərdi proqramlar və mütəxəssis rəhbərliyi vasitəsilə kömək etməyi hədəfləyir.

Vəzifənin qısa təsviri: Tədris Mərkəzinin Koordinatoru olaraq, siz mərkəzin gündəlik fəaliyyətlərini idarə edəcək, ixtisaslı müəllimlər komandasını yönəldəcək, tələbə qəbulunu idarə edəcək və yüksək keyfiyyətli təhsil xidmətlərinin göstərilməsini təmin edəcəksiniz. Bu vəzifə tələbələrin inkişafına töhfə vermək və yeni təşəbbüsümüzün uğurunda mühüm rol oynamaq istəyən motivasiyalı namizədlər üçün gözəl bir fürsətdir.

Əsas vəzifələr:

  • Gündəlik fəaliyyətləri və inzibati işlərin idarə olunması.
  • Müəllimləri və təlimçilərin seçimi, işə yerləşdirilməsi.
  • Tələbə qəbulunu idarə edilməsi və qeydiyyatının aparılması.
  • SAT, IELTS, Duolingo və TOEFL üzərində mərkəzləşmiş tədris proqramlarınının hazırlanması və tətbiqi.
  • Öyrənənlər, valideynlər və icma ilə əlaqə saxlanılması.
  • Maliyyə planlaşdırılmasında iştirak edilməsi və xərclərin təqibi.
  • Təhsil qanunvericiliyinə və standartlarına uyğunluğun təmin olunması.

Niyə bizə qoşulmalısınız:

  • Yenilikçi və dəstəkçi komandaya qoşulma.
  • Yeni təhsil mərkəzini idarə etmək və böyütmək imkanı.
  • Rəqabətli əmək haqqı və sosial paket.
  • Peşəkar inkişaf imkanları.

Tələblər

  • Təhsil, Biznesin İdarəedilməsi və ya əlaqədar sahədə bakalavr dərəcəsi.
  • Təhsil idarəçiliyi və ya oxşar vəzifədə təcrübə.
  • Güclü təşkilati və liderlik bacarıqları.
  • Əla ünsiyyət bacarıqları.
  • Microsoft Office və digər texnologiya bacarıqları.
  • Xaricdə təhsil almaq üstünlükdür.
  • İngilis dilində səlislik tələb olunur.
  • Bu sahədə oxşar vəzifədə təcrübə üstünlükdür.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar