Bakı,
Azərbaycan
18/05/2026
-
01/06/2026
İş haqqında məlumat
- Mağazalarda və mərkəzi anbarda mövcud olan mal qalığı və xəzinələrdə mövcud olan qiymətlilərin (pul vəsaiti, hədiyyə kartları və s.) sayılması
- ERP sistemindən hesabat alaraq nəticələrin müqayisə edilməsi
- Mağaza və mərkəzi anbarda mövcud olan malların satışa yararlılıq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə texniki baxış keçirilməsi
- Mağazaların fəaliyyətinin qiymətləndirilməsi məqsədilə müşahidələr aparmaq
- İşçi heyətinə suallar vermək və nəticələri qiymətləndirmək
- Satışa yararsız malların məhv edilməsi prosesində iştirak etmək
- Audit nəticəsinə uyğun olaraq təqdim edilmiş tövsiyələrin icra vəziyyətini qiymətləndirmək üçün monitorinqlər aparmaq
- Görülmüş işlər üzrə ilkin hesabatların hazırlanmasına dəstək vermək
- Rəhbərliyə məlumat təqdim etmək və aidiyyəti sualları cavablandırmaq
- Məhsul qalıqlarının təftiş olunması və stok nəzarətinin aparılması
İş şəraiti:
- Ərazi: Bakı
- İş günləri: I–V günlər
- İş saatı: 09:00 – 18:00
- Ezamiyyət mövcuddur
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Stabil əmək haqqı və karyera inkişafı imkanı
Tələblər
- Staj: minimum 1 il
- Təhsil: Ali təhsil
- 1C 8.3 proqramından istifadə bacarığı
- MS Office proqramlarında sərbəst işləmək
- Excel proqramında funksiyalar və cədvəllərlə analiz aparmaq bacarığı
- Elektronika və retail sahəsində təcrübə üstünlükdür
- Üzərinə düşən vəzifələri tam vaxtında və keyfiyyətli icra etmək
- Əmək və nizam-intizam qaydalarına riayət etmək
- Kollektivdə işləmək və ünsiyyət qurmaq bacarığı
- İşinə məsuliyyətli və diqqətli yanaşmaq
- İnkişafa meylli olmaq
- Ezamiyyətə hazır olmaq
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.