Bakı,
Azərbaycan
26.05.2025 14:50
-
26.06.2025 12:00
İş haqqında məlumat
- Şirkətin daxili nəzarət və təftiş prosedurlarının təşkili və həyata keçirilməsi;
- Risklərin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi;
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Uyğunsuzluqların araşdırılması, səbəblərin təhlili və düzəldici tədbirlərin təklif edilməsi;
- Qanunvericiliyə, daxili siyasət və prosedurlara uyğunluğun təmin olunması;
- Audit planlarının hazırlanması və illik yoxlama fəaliyyətlərinin təşkili;
- Peşəkar inkişaf imkanları;
- Rahat və stabil iş mühiti;
- Nahar verilir;
- İş yeri: ZƏHMƏT RUZİ MMC (SAB).
Tələblər
- Ali təhsil (maliyyə, audit, iqtisadiyyat və ya əlaqədar sahədə);
- Minimum 3 il təftiş, nəzarət və ya audit sahəsində iş təcrübəsi;
- Qanunvericilik, daxili nəzarət və korporativ idarəetmə prinsipləri haqqında biliklər;
- Güclü analitik düşüncə və detallara diqqət;
- Müstəqil işləmək bacarığı və hesabatvermə bacarığı;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Yüksək məsuliyyət və etik davranış prinsiplərinə sadiqlik;
- ACCA, CIA və ya digər peşəkar sertifikatlara malik olmaq;
- Korporativ mühitdə iş təcrübəsi;
- Komandada işləmək və rəhbərlik bacarığı.