Təhlükəli yüklərin daşınması üçün “E” kateqoriyalı sürücü
AZ Logistika
900 - 1100 ₼
1065
Tam iş günü
Bakı,
Azərbaycan
05/12/2025
-
12/12/2025
İş haqqında məlumat
- Dispetçer və rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirərərk yüklərin təhlükəsiz və vaxtında daşınmasını təmin etmək;
- Yük avtomobillərinin təmizliyi, texniki vəziyyətinə gündəlik nəzarət etmək və nasazlıqları vaxtında texniki heyətə bildirmək;
- Təyin olunmuş marşrut üzrə yükləri düzgün və məsuliyyətlə çatdırmaq;
- Yol hərəkəti qaydalarına və şirkətin təhlükəsizlik standartlarına ciddi riayət etmək;
- Sənədlərin düzgün şəkildə doldurulması, qəbul və təhvili.
İş haqqında:
- Sektor: Neft-qaz, təhlükəli yüklərin/tullantıların daşınması;
- Əmək haqqı: 900 - 1100 AZN;
- Növbə: gündüz və yaxud gecə;
- İş rejimi: qanunvericiliyə uyğun olaraq.
Tələblər
- Etibarlı E kateqoriyalı sürücülük vəsiqəsi;
- Yükdaşıma sahəsində minimum 3 il iş təcrübəsi;
- Yük maşınlarının idarə olunmasında təcrübə;
- Məsuliyyətli, intizamlı və etibarlı olmaq;
- Uzun məsafəli səfərlərə və regionlara ezam olunmağa hazır olmaq;
- Minimum yaş həddi – 21 yaş.
Üstünlüklər:
- ADR sertifikatı və yaxud xüsusi sürücülüklə bağlı təlim mərkəzlərində təlim keçmiş namizədlərə üstünlük verilir;
- Sürücülükdə qəzasız və intizamlı tarixçəsi olan şəxslərə üstünlük verilir;
- Texniki biliklərin olması əlavə üstünlükdür;
- Vakuum tipli yük avtomobillərini idarə etməyi bacaran sürücülərə üstünlük verilir.
Maraqlanan namizədlər cv-lərini "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.