İteam Group

Təhlükəsizlik Sistemləri üzrə Texnik (CCTV/Şlaqbaum/Access Control)

İteam Group
1000 ₼
518
Tam iş günü
Bakı, Azərbaycan
10/04/2026 - 24/04/2026

İş haqqında məlumat

  • CCTV kameraların (IP və Analog) quraşdırılması və sazlanması
  • DVR/NVR sistemlərinin qurulması və şəbəkəyə inteqrasiyası
  • Təhlükəsizlik sistemlərinin (Access Control, domofon, turniket və s.) montajı və texniki dəstəyi
  • Şlaqbaumların quraşdırılması, sazlanması və texniki servisi
  • Kabel çəkilişi (UTP, FTP, koaksial, enerji kabeli) və kabel kanallarının düzgün çəkilməsi
  • Sistemlərin test edilməsi, nasazlıqların aşkarlanması və aradan qaldırılması
  • Müştərilərə texniki izahat və təhvil-təslim prosesinin aparılması
  • Texniki sənədləşmə və görülən işlərin hesabatlandırılması
  • Layihə üzrə quraşdırma işlərinin standartlara uyğun icrası

İş şəraiti: 

  • İş yeri: Bakı / ezamiyyət ehtimalı var
  • İş qrafiki: Tam ştat (6 günlük) (Bazar ertəsi – Şənbə)
  • Əmək haqqı: Müsahibə əsasında (bacarıq və təcrübəyə görə)
  • İşə qəbul: Rəsmi əmək müqaviləsi ilə
  • Vəzifə üçün nəzərdə tutulan əmək haqqi (Nett): 1000 AZN

Tələblər

  • CCTV, təhlükəsizlik sistemləri və şlaqbaum quraşdırılması sahəsində minimum 1 il təcrübə 
  • IP kamera sistemləri, router/switch anlayışı və şəbəkə əsasları barədə bilik
  • DVR/NVR konfiqurasiyası və mobil tətbiqlərə qoşulma bacarığı
  • Kabel sıxma (RJ-45), patch panel və bağlantı işlərini bilmək
  • Elektrik və zəif axın sistemləri üzrə baza biliklər
  • Texniki alətlərlə işləmə bacarığı (perforator, tester, krimper və s.)
  • Məsuliyyətli, operativ və komandada işləmə bacarığı
  • Ezamiyyətə və sahə işlərinə hazır olmaq
  • B kateqoriyalı sürücülük vəsiqəsi (üstünlükdür)
  • Rus və ingilis dili bacarığı (arzuolunandır)

Üstünlük verilir:

  • Hikvision, Dahua, Uniview sistemləri ilə işləmə təcrübəsi
  • Şlaqbaum və turniket sistemlərində praktiki təcrübə
  • Domofon/interkom sistemləri üzrə bilik
  • Texniki servis və təmir bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.