Radius MMC

Təhlükəsizlik üzrə menecer

Radius MMC
800 - 1000 ₼
951
Tam iş günü
Bakı, Azərbaycan
15.09.2025 11:44 - 15.10.2025 12:00

İş haqqında məlumat

  • Qabaqcıl nəzarət və müşahidə texnologiyalarını istifadə edilmək;
  • İş yerlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin normalarına, qaydalarına və təlimatlarına riayət etmək və nəzarət etmək . İstehsalat zədələrinin səbəblərini araşdırıb və onların qarşısını almaq üçün tədbirləri təşkil və tətbiq etmək;
  • Binanın, iş yerlərində sanitar-texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
  • İşə yeni qəbul olunanlara giriş təlimatı ilə tanış edir və əməyin mühafizəsi üzrə yaranan sualların aradan qaldırılması üçün əməkdaşlara kömək etmək;
  • Atestasiya və texniki personalın əməyin mühafizəsi normalarının, təhlükəsizlik texnikasının təlimatını, istehsalat sanitariyası və yanğından mühafizənin tələbləri biliklərinin yoxlanılması üzrə komissiyanın işində iştirak etmək;
  • Bədbəxt hadisələrin, oğurluq hadisələrinin və iş yerində baş verən digər gözlənilməz halların qarşısının alınması və olduğu təqdirdə səbəblərinin araşdırılmasında iştirak etmək;
  • Mövcud olan forma və qaydaların əsasında əməyin mühafizəsi və təhlükəsizlik texnikasının hesabatlarını aparmaq;
  • Yaralanma və zədələrdə ilkin tibbi yardım göstərmək;
  • Əməkdaşların davamiyyətini və onların iş vaxtında iş yerində olmalarına nəzarət etmək;
  • Xəzinə otağına nəzarət etmək;
  • Avadanlığın, əşyaların, texniki vasitələrin və digər ərzaq məhsulların qanunsuz çıxarışına nəzarət etmək;
  • Nizam-intizam qaydalarının icrasına nəzarət etmək (Qayda pozuntusu baş verdikdə tədbirlər görmək);
  • Qoruyucu avadanlıqların və mühafizə sistemlərin vəziyyətinə nəzarət etmək;
  • İş yerində təlimatlara vaxtı-vaxtında və keyfiyyətli riayət olunmasına nəzarət etmək;
  • Əməyin mühafizəsinə və texniki təhlükəsizliyə ayrılan vəsaitlərin məqsədəyönlü xərclənməsi və əməkdaşlara verilən xüsusi geyimin, ayaqqabıların, texniki aksesuarların, avadanlıqların təyinata uyğun istifadə etmək;
  • Personala əməyin mühafizəsi, təhlükəsizlik texnikasına, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizəyə aid olan suallar üzrə təlimlər keçirmək.
     

İş şəraiti:

  • İş saatı : 09:00-18:00;
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • İş rejimi: Həftənin 6 günü; istirahet günü - bazar;
  • İş yeri: Babək pr., M.H.Kazımov küç., 8;
  • Əmək haqqı 800-1000 AZN;
  • Şirkət: Radius Təkər Mərkəzi.

Tələblər

  • Cins: Kişi;
  • Yaş həddi: 20-40 yaş;
  • Ali təhsil;
  • Oxşar vəzifə üzrə 3 il iş təcrübəsi;
  • MS Office;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək);
  • Əmək qanunvericiliyi;
  • Korporativ etika qaydaları;
  • İşgüzar yazışmalar;
  • İşgüzar ünsiyyət etiketi və danışıqlar üzrə bilik və bacarıqlar;
  • Yüksək qrammatika (səhvsiz yazma qabiliyyəti);
  • Yaşayış qeydiyyatı: Bakı şəhəri;
  • Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan;
  • Komandada işləmək bacarığına malik olan;
  • Obyektlərin mühafizəsinin təşkil etmək;
  • Qorunan obyektlərin cinayətkarlardan mühafizə etmək;
  • İlk tibbi yardımın göstərilməsini təmin etmək;
  • Mühafizə avadanlıqları və sistemlərinin istifadə bilikləri;
  • Siqnalizasiya və rabitə vasitələri ilə istifadə etmə bacarıqları.