Bakı,
Azərbaycan
08.04.25
-
08.05.25
İş haqqında məlumat
- Tələbələrə Roof Academy-nin təhsil proqramları və imkanları haqqında ətraflı məlumat vermək, onların təhsil hədəflərinə uyğun seçimlər etmələrinə dəstək olmaq;
- Akademik planlaşdırma, hədəf qoyulması və inkişaf yollarının müəyyənləşdirilməsində tələbələrə rəhbərlik etmək;
- Tələbələrin təhsil yolunda qarşılaşdıqları çətinlikləri həll etmək məqsədilə onlara fərdi və qrup halında məsləhətlər vermək;
- Sosial və emosional məsələlərdə tələbələrə dəstək olmaq, onları mütəmadi izləmək;
- Müəllimlər, valideynlər və digər təhsil işçiləri ilə əməkdaşlıq edərək tələbələrin təhsil yolunda qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq və onların akademik uğurlarını artırmaq.
Tələblər
- Psixologiya, Təhsil, Sosial İş və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi;
- Yüksək ünsiyyət bacarıqları, aktiv dinləmə qabiliyyəti və təqdimat bacarıqları. Tələbələrin ehtiyaclarını dəqiq şəkildə anlamaq və onlara empatiya göstərmək bacarığı;
- Diqqətli təşkilatçılıq, vaxt idarəetməsi və problem həll etmə bacarıqları;
- Təhsil sahəsində əsas metod və yanaşmalar haqqında dərin bilik;
- Stressli və çətin vəziyyətlərdə peşəkar və müsbət yanaşma göstərmək bacarığı. Komanda ilə işləmək və müstəqil qərar qəbul etmək qabiliyyəti;
- Ofis proqramlarında istifadə etmə bacarığı;
- Təhsil və ya sosial xidmət sahələrində əvvəlki iş təcrübəsi üstünlük təşkil edir.
Təhsil meneceri
Təhsil