Ikma

Tele-Satış Mütəxəssisi

Ikma
Ə/h razılaşma ilə
2409
Tam iş günü
Bakı, Azərbaycan
28.08.2025 10:42 - 28.09.2025 12:00

İş haqqında məlumat

  • Daxil olan zənglərin cavablandırılması və potensial müştərilərə məhsul və xidmətlərin təqdim olunması üçün zənglərinin təşkili;
  • Müştəri ehtiyaclarının təhlili və müvafiq həllərin təklif olunması;
  • Müştəri müraciətləri, satış əməliyyatları və danışıqlar barədə dəqiq və tam qeydiyyatın aparılması;
  • Şirkətin xidmətləri, platforma imkanları və əlavə fəaliyyətləri ilə bağlı məlumatın müştərilərə dəqiq və effektiv şəkildə çatdırılması;
  • Müştəri müraciətləri, problemləri və geribildiriminin ERP sistemində operativ şəkildə sənədləşdirilməsi;
  • Məhsul yenilikləri, mövcud kampaniyalar və şirkət siyasəti ilə bağlı mütəmadi məlumatlılığın təmin olunması;
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə komanda üzvləri ilə effektiv əməkdaşlığın qurulması.

İş şəraiti:

  • Ünvan: AGA Business Center;
  • İş vaxtı: 5/7 (09:00-18:00);
  • Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaqdır.

Müraciət etmək istəyən namizədlər CV -lərini mövzu başlığına Tele-Satış Mütəxəssisi qeyd edərək Müraciət Et düyməsində qeyd olunan mail-ə göndərə bilərlər.

Tələblər

  • Ali təhsil;
  • Bank, sığorta və ya müştəri xidmətləri sahəsində telesatış və ya satış təcrübəsi arzuolunandır;
  • Azərbaycan və rus dillərində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;
  • MS Office proqramları (Excel, PowerPoint, Word) üzrə peşəkar biliklər;
  • Məlumatı aydın və effektiv şəkildə çatdırmaq bacarığı;
  • Problem həll etmə bacarığı və yaranan çətinliklərə operativ yanaşma;
  • Dinamik və sürətli iş mühitində çoxsaylı tapşırıqları eyni anda icra etmək və vaxtı səmərəli idarə etmək bacarığı.