

İş haqqında
Tələblər:
Detallara qarşı diqqətli olmaq, analitik düşünmə və təhlil qabiliyyətinə malik olmaq
Aktiv, təşəbbüskar olmaq və operativ qərarvermə bacarığı
Microsoft Office proqramlarından, xüsusilə Excel və Word-dən istifadə bacarığı
Səliqəli, baxımlı, pozitiv və yüksək ünsiyyət qurma qabiliyyətinə sahib olmaq
Vəzifə öhdəlikləri:
Dərs cədvəlinə əsasən tədris otaqlarının və mövcud avadanlıqların əvvəlcədən yoxlanılması, zəruri ehtiyacların müəyyən edilərək aradan qaldırılması
Dərs prosesində yaranan texniki nasazlıqların həllində müəllim və tutor heyətinə operativ köməklik göstərilməsi
Müəyyən edilmiş qaydada gündəlik hesabatların tərtib olunması və aidiyyəti üzrə təqdim edilməsi
Gündəlik ofis və inzibati işlərin icrası, müvafiq tapşırıqların yönləndirilməsi və yerinə yetirilməsinə nəzarət edilməsi
Çap və digər texniki işlərlə bağlı tapşırıqların icrasının təşkili, avadanlıqların texniki servis ehtiyaclarının koordinasiyası
İş rejimi:
Həftəiçi: saat 10:00 - 16:00 və ya 16:00 - 22:00
Şənbə və ya bazar günü: saat 10:00 - 16:00
Əmək haqqı: 500 AZN (namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq)
